Gördüyünüz hər işdən zövq alın. Bizə uğurun meyarlarını, onun zahiri atributlarını sırıyırlar: maşın, səyahət, həyat yoldaşı, banklarda hesablar. Bunlar bizim meyarlarımız deyil, bunlar sünidirlər. Əgər insan fərdi olaraq xoşbəxtdirsə, onun özünün uğur meyarı olmalıdır.
Mənim uğurumun üç meyarı var:
- Özünüzdən soruşun: etdiklərim xoşuma gəlirmi? Bunun üçün enerjimdən, rahatlığımdan, pullarımdan, vaxtımdan fədakarlıq etməyə hazırammı? Əgər özümü hazır görmürəmsə, mən bu layihədən imtina edərəm – fərq etmir, mənə hansı gəliri, şöhrəti və ya bonusları vəd etsə də. Məhz buna görə mən siyasətə daxil oldum – bu iş mənim xoşuma gəlirdi. Buna görə də siyasətdən getdim – artıq enerjim qalmamışdı və bu iş mənə zövq vermirdi.
- Həyatın keyfiyyəti. Mənə pul normal həyat yaşamaq üçün lazımdır – özümü müstəqil hiss etmək üçün, özümü reallaşdırmaq üçün və xoşuma gələn işi görmək üçün. Yaxşı yaşamaq – bu normal həyat tərzidir. Sadəcə pul qazanmaq üçün bir işin qulpundan yapışmağın mənası yoxdur. Bu, hər hansı nəticə gətirməyəcək. Pullar öz-özlüyündə indiyədək heç kimə xoşbəxtlik gətirməyib. Xoşbəxt olmaq üçün çox şeyə ehtiyac yoxdur. Bu gün artıq şüursuz şəkildə pul qazanmaq dəbdə deyil. Artıq bütün iş adamları hedonist (həyatdan həzz alan) olublar – onlar konsertlərə, sərgilərə gedirlər, çox səyahət edirlər. Onlar həyatdan həzz alırlar. Ona görə də hər şey – pul qazanmaq da – sizin həzzinizə qulluq etməlidir.
- Mühit. Öz layihələrinizi həyata keçirə biləcəyiniz mühitləri seçin. İnsanların bütün qəlbləri ilə nifrət etdiyi və hər gün özlərini getməyə məcbur etdikləri iş yerlərində uğur qazanmaq mümkün deyil. Mən bu hissi bir il ərzində nazir işlədiyim vaxtlar yaşadım. 5 ildə çəkmədiyim əzabı bir ilə yaşadım. Psixoloji yad mühit insanı məhv edir. Sənə yad olan və səni qəbul etməyən kollektivdə çalışmaq mənəvi olaraq dağıdıcıdır. Belə mühitlərdə sizdə heç nə alınmayacaq. Heç kimin xoşuna gəlməyə çalışmayın. Sizi bəyənməyən insanlar hər zaman ancaq səhvlərinizi görəcəklər, müsbət olanı görmək istəməyəcəklər. Beləliklə də aqresiyanın səviyyəsi yüksələcək və siz enerjinizin böyük hissəsini boş yerə xərcləyəcəksiniz.
İrina Hakamada
Rusiyalı ictimai xadim, yazıçı və şəxsi inkşaf üzrə mütəxəssis
© 2017 · coaching.az