coaching.az |

Xoşbəxtliyin riyazi formulu

Mo Gavdat [1] The Independent qəzetinə bir mühəndis kimi təcrübəsinin zəmanətli xoşbəxtlik üçün tənlik tapmağına necə gətirib çıxardığı haqqında danışır.

Həyatınızda faciəli bir hadisə baş verdiyində xoşbəxtliyi necə yenidən kəşf edirsiniz?

Bu suala cavab – ya terapiya təklifi, ya da zamana buraxmaq olacaq.

Lakin bir nəfər bunun riyazi həll yolunu fikirləşdiyini deyir. Mo Gavdat, uğurlu işinə, gəliri və xoşbəxt ailə sahibi olmasına baxmayaraq, iyirmi-otuz yaşlarında bir neçə il idi ki, əziyyət çəkirdi. Hal-hazırda Google-da icraçı director olan ticarət mühəndisi Gavdat xoşbəxtliyi ətrafında döndərməyə qərar verən bir tənlik hazırladı.

Bir neçə il sonra o, bunu, 21 yaşındakı oğlu Əlinin  adi bir əməliyyat sonrası gözlənilməz bir şəkildə vəfat etdiyində sınaqdan keçirdi.

İndi isə o, “Xoşbəxtlik üçün həll et” adlı yeni kitabında həyatın sizə nə verdiyindən asılı olmayaraq xoşbəxt olmağın sirrini bölüşür.

“Mənim nəzəriyyəm ondan ibarətdir ki, mən xoşbəxt anadan olmuşam və həyatda yaşadıqca, daha bədbəxt oldum” – o, The Independent qəzetinə danışır. “Mən çox narazı idim, hər şeydən şikayətlənirdim və həyatima tam şəkildə nəzarət etməyə çalışırdım”- deyir. “Mən avtomobillər alırdım, pul xərcləyirdim və hər hansı bir şəkildə qəlbimdəki boşluğu doldurmağa çalışırdım, lakin alınmırdı”.

Dubayda bir fond birjasında treyder olaraq “tonlarla pul” qazanan və “böyük ev, böyük bir avtomobil” sahibi olan Gavdatın nə aldığından asılı olmayaraq, satın aldığı hər hansı bir şey yetərli olmurdu. O, daha sonra mühəndis oldu, həm də kollecdən sevgilisi olan Nibetlə evləndi (boşandıqdan sonra da onu dünyadakı ən yaxşı dostu adlandırır) və iki yetkin övladı olmasına baxmayaraq, yenə də xoşbəxt deyildi.

O, içində olduğu ruhi vəziyyətdən çıxış yolu olaraq qiraətlə məşğul olmağa qərar verdi, amma onun həris bir oxucu olmasına baxmayaraq, bu da bir işə yaramadı. Bir mühəndis olaraq, Gavdat bu vəziyyətin həllini tapmaq üçün praqmatik olmağı üstün tuturdu, buna görə də onun üçün sağlamlıq və özünə qayğı təlimatlarına əməl etmək çətin idi.

Gavdat deyir ki, bu epifatik andan etibarən çıxış yolunu tapmaq onun təxminən yeddi il yarımını alıb. İlk addım problemi müəyyən etmək və xoşbəxtliyin nə olduğunu anlamaq idi.

O, ilk növbədə həyatda olan onu xoşbəxt edəcək hər şeyin – nə qədər böyük və ya kiçik olmasından asılı olmayaraq -“ölçü nöqtələrini” sadaladı, sonra isə aralarındaki ümumi tendensiyanı tapmağa cəh etdi. Bu, bir fincan yaxşı qəhvə,  gülümsəyən uşaqlarınız, iş yerində sizinlə münasibəti yaxşı olan rəhbər ola bilər.

“Bütün bu anlar üçün ortaq olan bir şey odur ki, həyatımız öz yolunda gedərkən biz xoşbəxtik” – o, izah edir.

Sonra bərabərlik gəlir: Xoşbəxtlik həyatınızdakı hadisələrə bərabər və ya bu hadisələrdən böyük, həyatın necə olacağına dair gözləntinizdən isə kiçikdir.

Xoşbəxtlik siyahımızı qəbul etdiyimizə baxmayaraq, tez-tez özümüzü bədbəxt hiss etməyimizə səbəb bizim həyatımızdakı hadisələrə düzgün olmayan şəkildə baxmağa hazırlanmağımızdır. Bu Gavdata “675 modeli”ni müəyyən etmək üçün əsas oldu.

Model, real həyata dair düçüncələrimizi bulandıran altı illüziyanın olduğunu irəli sürür: düşüncə (düşüncələrinizə böyük əhəmiyyət verilməsi), özünüz (bədəninizin, duyğularınızın, inancınızın, adınızın, nailiyyətlərinizin, ailənizin və ya varidatınızın çox əhəmiyyətli olması), bilik, vaxt (keçmiş və ya gələcək haqqında çox düşünmək), nəzarət və qorxu.

Bundan sonra, həyata baxışımızda həqiqəti əldən verməyimizə səbəb olan yeddi “kor ləkə” gəlir: filtrasiya, ehtimal, axtarış, xatirələr, etiket (damğa), duyğular və mübaliğə (şişirtmə). Bunların tənlikdə cəmi, adətən həyatda baş verən hadisələri necə görməyimizdir, buna görə də hadisələrin əsl mənasını silib atırıq.

“Altı və yeddinin cəmi sizin bədbəxtliyinizin səbəblərini aradan qaldırmağa gətirib çıxarır” – o deyir. “Bunu kifayət qədər uzun müddət etdiyinizdə, ağılsızlıq olduğunu anlayırsınız, çünki həyat bir çox hallarda ümidlərimizi doğruldur”.

Nəhayət, qəbul etməli olduğumuz beş həqiqət var: hal-hazırda dəyişikliklər, məhəbbət və ölüm ən son həqiqət kimi realdır: böyük planlar, heç bir şey təsadüfi olmadığına inam və həyat isə, bir qayda olaraq, şablonları, qanunları, qaydaları və ya elmi təqib edir.

Bu beş həqiqəti nəzərə aldıqda, hətta həyat hadisələri sərt olsa belə, onlar gözlənilməz olmur, çünki bunlar sadəcə həyat həqiqətləridir.

Gawdat deyir: “Bu beş həqiqətə diqqət yetirdiyinizdə, özünüzü çox vaxt xoşbəxt hiss edirsiniz”.

Ölüm, Gavdata Əlini itirdikdən sonra ölümə baxışında bir dönüş nöqtəsi yaşatdığından, tənliyə əlavə etdiyi beşinci həqiqət idi.

Əlinin ölüm səbəblərinə görə, Gavdatın tanıdığı Dubayın yüksək vəzifəli məmurları, ondan meyidin yarılmasını istəyib istəmədiyini soruşdular.

Nibet həmişə olduğu kimi, özünəməxsus müdrik bir şəkildə dedi:” Bu Əlini geri gətirəcəkmi? “Bu sual dörd saat sonra verildi [Əlinin ölümündən sonra] və biz tamamilə həqiqətlə barışmışdıq. Sual Əlinin artıq olmadığını və əsla geri qayıtmayacağını açıq şəkildə ortaya qoydu. Hətta biz qapılarımızı bağlayaraq və həyatımızın qalan hissəsini ağlayaraq keçirsək belə, Əli yenə geri gəlməyəcəkdi”.

“Bu reallıq indiyədək qarşılaşdığımız hər xoşbəxt insanın əsasındadır. Bəzən həyat çox ağırdır, amma bəzən də bu ağırlığı tərsinə çevirmək üçün edə biləcəyimiz heç bir şey yoxdur. Davamlı olaraq dəyər verdiyiniz yeganə dəyər Sizə ağrı çəkdirir”.

Gavdat deyir ki, ağrı və əzab arasında fərq var (və “övlad itirmək olduqca ağrılıdır”). Ağrı, sizi daha sonrakı əzablardan qoruyan və “vücudunuzun həyatda qalmasının təmin edən  mexanizm”dir. Digər tərəfdən əzab çəkilə bilən deyildir, düşüncənin sadəcə günahkarlıq duyğuları ilə daha çox əzab çəkməsinə səbəb olan bir dövrdür. Bu, yararlı düşüncə deyil. Gavdatın sözlərinə görə, ağrı əzabların sonsuz silsiləsi deyil, dəyişikliklər və xoşbəxtliyinizi artırmaq üçün motivasiya olmalıdır.

“Onun üçün hər darıxğımda, Əlinin ölümünün ağrısını hiss etdiyim anda, bununla bağlı nə edə biləcəyimi düşünürəm. Əlinin olmamasına baxmayaraq, dünyanı bir az daha yaxşı necə edə bilərəm?”

Gavdat deyir ki, hər kəs bu yanaşma ilə məşğul ola bilər, lakin depressiya və psixi sağlamlıq problemi olan insanlar üçün bu heç də asan deyildir.

“Depressiya və psixi sağlamlıq problemləri mənim bacarıqlarımdan kənara çıxır. Psixi sağlamlığın çox real olduğunu qəbul etməliyik. Mən bunu bir qüsur kimi düşünmürəm: bu sadəcə fərqli bir şəbəkədir. Siz iPhone üçün yazılmış bir kodlaşdırmanı Android cihazınıza qoysanız, o, işləməyəcək”.

Hər birimiz üçün, xoşbəxtliyə nail olmaq mövzusunda problemin bir hissəsi gələcəklə bağlı çox vaxt sərf etdiyimiz faktı ilə bağlıdır, buna görə də, biz demək olar ki, özümüz üçün bədbəxtlik yaradırıq.

“Gələcəkdən narahat olmaq üçün beyin gücünə maliksinizsə, bu o deməkdir ki, hal-hazırda heç bir şey pis deyil və hər şey qaydasındadır. Bizi kədərləndirən dövrün çox hissəsi keçmişə və gələcəyə yönəlmişdir”.

Gavdatın formuluna əməl edərkən yadınızdan çıxarmamalı olduğunuz məqam daha xoşbəxt olmaq istəməyinizdir:”Bədbəxt olmağınız xoşunuza gəlirsə, sizin üçün edə biləcəyim bir şey yoxdur. Sizin seçim etməyiniz lazımdır.”

İlk əvvəl bu çətin ola bilər, ancaq Gavdat özünəməxsus optimist bir şəkildə izah etdi ki, bu “fit” görünmək üçün ilk dəfə idman zalına getməyə bənzəyir. İlk bir neçə günün əzələ ağrısından sonra siz buna alışırsınız və tezliklə bu sizin gündəlik rutininizin bir hissəsi ola bilər.

[1] Mo Gavdat (Mohammad “Mo” Gawdat ) – Əslən misirili olan Google X şirkətinin icraçı direktoru, mühəndis, yazıçı.

Müəllif: Olivia Blair | The Independent

Tərcümə: Sevinc Qarakişiyeva | coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.