coaching.az |

Xoşbəxtlik haqqında 5 tövsiyə

“İndi xoşbəxtliyi bölüşmək və bir-birimizə qarşı etibarlı münasibət, qayğıkeşlik və yardımçı olmağa fokuslanmaq vaxtıdır.” – Bu, BMT tərəfindən təsis edilmiş və hər il qeyd edilən Beynəlxalq Xoşbəxtlik gününün (20 mart) 2018-ci il üçün olan mesajdır. Həmin günün məqsədi insanları ruhlandırmaq və qlobal xoşbəxtlik hərəkatını irəlilətməkdir.

Bədbəxtlik, kədər və digər çətinliklər hər birimizin həyatında müəyyən vaxtlarda baş verib və vacib olan odur ki, bütün bunlar gözardı edilməməlidir. Lakin həmişə öyrəniləcək dərslər və irəliyə getmək üçün müxtəlif yollar var.

Aşağıdakı 5 şey nələrin bizi xoşbəxt etdiyini daha tez anlamağa kömək edəcək:

  1. Azad istəklərinə inan

Araşdırmalar göstərir ki, azad iradəyə inanan insanlar daha çox xoşbəxt olmağa meylli olurlar. Azad iradə müstəqil seçimlər etmək bacarığıdır ki, bu seçimin nəticələrinə keçmiş hadisələr təsir etmir. Bəzi psixoloqlar və neyro-alimlər reallıqda keçmiş hadisələrin təsirinin qeyri-mövcudluğuna inanmırlar. Lakin istənilən halda bu bir həqiqətdir. Azad iradəyə inananlar həyata daha müsbət baxış tərzinə sahibdir və onu daha çox nəzarətdə saxlaya bilirlər.

  1. Məsələ sadəcə pulda deyil

Müəyyən  bir məbləğ pul sizi xoşbəxt edə bilər. O, keyfiyyətli həyat tərzi, istirahət vaxtınızdan həzz alma, yaxşı  qidalanma və iş məmnuniyyəti üçün fürsətlər yaradır. Bununla belə dünyada bir milyondan çox insan arasında aparılan sorğu “doyma nöqtəsi” adlandırılan şeyin olduğunu müəyyən etdi. Bu, daha çox pul olması və xoşbəxtliyin artmaması arasında əlaqəni göstərir. Bəzi yerlərdə həyat məmnuniyyəti yüksək təzyiqli işlə əlaqədar olaraq hətta minimal səviyyəyə enir. Doyma nöqtəsi harada yaşamadan asılı olmayaraq müxtəlifdir.

  1. Başqalarına xidmət edin

İlhamlandıran lider Dalai Lamanın dostu, Buddist ruhani olan Matthieu Ricard media tərəfindən “yaşayan ən xoşbəxt insan” adlandırılır. Onun fikrincə təsiretmə, hörmət və sərvət xoşbəxtlik gətirmir. Bunun əvəzinə o məsləhət görür ki, insanlar “şəxsi çiçəklənmələrini” (inkişafı) daim izləməli və ən dərindəki arzularına çatmaq üçün durmadan cəhd etməlidirlər. O iddia edir ki, özünəxidmət digərlərinə etdiyin müsbət təsir və xidmətin sənə dönüşüdür.

  1. ÜDM əvəzinə ÜMX-ni ölçün

Butan Krallığı Ümumi Daxili Məhsul (ÜDM) əvəzinə, Ümumi Milli Xoşbəxtliyi (ÜMX) ölçür. Hökumətin planlaşdırma komissiyası, ölkədəki bütün siyasətlərin – iqtisadi inkişafa balanslı yanaşma da daxil olmaqla, “GNH stress testindən” keçdiyinə əmin olması üçün açıq-aydın təlimatlandırmışdır. Dövlətin təklif etdiyi bütün qanunlar nəzərdən keçirilir və əgər təklif edilən siyasət insanları xoşbəxtliyə aparmırsa, dəyişdirilir.

  1. Şimali Avropanı nümunə kimi görün[1]

2018-ci ilin Dünya Xoşbəxtlik Hesabatına görə Finlandiya dünyanın ən xoşbəxt ölkəsidir və Şimali Avropa ölkələri ilk beşlikdən dördündə qərarlaşır. Onlar stabil, təhlükəsiz, sosial inkişaflı sağlam iş-həyat balansı, yaxşı təhsil sistemi və uşaqlara maddi yardım proqramları olan ölkələr kimi tanınırlar. Orada həddən az korrupsiya halı var, eyni zamanda həm polis, həm də siyasi xadimlərə etibar formalaşmışdır.

[1]Hər il Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Həlləri Araşdırma Şəbəkəsi tərəfindən dünya ölkələrinin xoşbəxtlik indeksi elan olunur və Skandinaviya ölkələri davamlı şəkildə bu raportda ilk beşlikldə yer alırlar. Ölkəmiz bu raportda 2018-ci üçün 87-ci yeri tutmuşdur.  Ətraflı məlumat üçün bax. – Qeyd: coaching.az

2018-ci ilin Dünya xoşbəxtlik xəritəsi. Tünd yaşıl ölkələr digərlərinə nisbətən ən xoşbəxt ölkələr sayılır.

 

Müəllif: Briony Harris | Formative Content
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2018 · coaching.az

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.