Bir nəfər Sokrata dedi:
— Heç bilirsən dostun sənin haqqında nələr danışır?
— Bir dəqiqə, – deyərək, Sokrat onun sözünü kəsdi. — Demək istədiklərini əvvəlcə üç ələkdən keçir.
— Üç ələk?
— Bəli. Nəyisə deməzdən əvvəl üç ələkdən keçirməlisən. Əvvəlcə doğruluq ələyindən. Dediklərinin doğru olduğundan əminsən?
— Xeyr. Mən bu barədə sadəcə eşitmişəm.
— Belə çıxır ki, demək istədiklərinin həqiqət olub-olmadığını bilmirsən. O zaman ikinci- xeyirxahlıq ələyini işə salaq. Sən dostum haqqında yaxşı söz demək istəyirsən?
— Xeyr, tam tərsinə.
— Belə çıxır ki, — Sokrat sözünə davam etdi, — sən onun haqqında sadəcə yaxşı olmayan söz demirsən, eyni zamanda, demək istədiklərinin həqiqət olub-olmadığını da bilmirsən. Gəl fayda ələyini də yoxlayaq. Bu söhbəti eşitmək mənə çox lazımdır?
— Xeyr. Əslində, buna çox ehtiyac yoxdur.
— Beləliklə, — Sokrat söhbətə son nöqtəni qoydu. — Mənə söyləmək istədiklərində nə həqiqət, nə də xeyirxahlıq payı var. Eyni zamanda da faydasızdır. Belə isə, deməyinin nə mənası var?
Şəkildə: Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol Sarayında yaratdığı əsər. “Afina Məktəbi” əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir.