coaching.az |

Şirkətdaxili kouçinqdə tələlər

Koçi və təşkilatla işləmək: Xarici (kənardan gətirilən) kouçlar rəhbərlərə yönəlik kouçinq proseslərində əməkdaşlığı necə idarə edirlər?

Rəhbərlərə yönəlik kouçinq (Executive Coaching)- dünyanın bir çox təşkilatları tərəfindən tətbiq olunan güclü və effektiv müdaxilədir. Baxmayaraq ki, rəhbərlik kouçinqi prosesi ilə məşğul olan təşkilatlar adətən yaxşı nəticələr əldə edirlər, şirkətlərdə kouçinqin tətbiqinə zərər verən tələlər barədə də xəbərdar olmağa dəyər.

Rəhbər kouçinqinin müxtəlif tərifləri var və mən Baek-Kyoo (Brian) Joonun təsvirini diqqətinizə çatdırıram: “Professional kouçla rəhbər koçi arasındakı birə-bir münasibət prosesi – koçinin özünüdərk və öyrənmə yolu ilə davranışlarını inkişaf etdirmək və beləliklə, nəticədə fərdin və təşkilatın uğuruna nail olmaqdır”. Demək, rəhbərlərə yönəlik kouçinqin iki məqsədi var: kouçu inkişafa təşviq etmək və bununla təşkilatın uğuruna köməklik etmək. Bir çox hallarda, kouçinq prosesi açıqca paylaşılan aydın inkişaf hədəfləri ilə və kouçun tam inkişafını dəstəkləyən təşkilatla birlikdə rahat şəkildə işləyir. Təəssüf ki, bəzi hallarda vəziyyət belə olmur.

Nəyin səhv gedə biləcəyini anlamaq üçün, kənardan gələn kouçun təşkilat tərəfindən kiminsə üzərində işləmək məqsədi ilə nə zaman işə alındığını, ən azı üç maraqlı şəxsin cəlb olunduğu üçtərəfli əlaqənin nə zaman qurulduğunu xatırlamaq vacibdir: koçi, kouç və şirkəti təmsil edən biriləri (koçinin rəhbərləri və İnsan Resursları peşəkarları adətən bu işə ən çox yaxın olan şəxslərdir). Bu üçtərəfli əməkdaşlıq ikili münasibətlər üzərində formalaşır, koçi ilə kouç arasında olan münasibət; kouçla təşkilat arasında olan münasibət; koçi ilə təşkilat arasında olan münasibət.

Baxmayaraq ki, ICF-nin (Beynəlxalq Kouç Federasiyası) Əxlaq Kodeksi –rəhbərlərə yönəlik kouçinq prosesində koçinin müştəri, təşkilatın isə sponsor rolunu oynadığını açıqlayır, burada başqa gözləntilər də ola bilər, hansı ki, bunlar aydın və ya qeyri-aydın, hətta şüurlu və ya şüursuz ola bilər. Bu müxtəlif gözləntilərin mövcudluğu kouçların, koçilərin və sponsorların xəbərdar olmadığı tələlər yaradır.

Koçi ilə kouçun kouçing prosesində ən əsas əməkdaşlığını nəzərə alaraq, rəhbər kouçinqində olan tələləri işıqlandırmağa başlayıram. Əgər, kouç koçinin nəzər nöqtəsinə çox bağlı olarsa, burada kouç koçisi ilə sözləşmiş ola bilər və daha geniş konteksdəki nailiyyətini itirə və beləliklə, müştəriyə meydan oxumaq və inkişafına köməklik etmək üçün fürsətləri əldən verə bilər. Kouç və şirkət arasındakı əməkdaşlıqla əlaqədar olaraq, kouç kouçinq vəzifəsinin ticari tərəfləri ilə yaxından maraqlı ola bilər və hətta şüursuz şəkildə də olsa şirkətin hədəflərini koçinin hədəflərindən daha üstün tuta bilər. Misal üçün, koçi ilə şirkətin əməkdaşlığında, koçinin rəhbəri öz işçisi ilə açıq əlaqə saxlamaqdan boyun qaçıra və öz liderlik vəzifələrini yerinə yetirmək üçün kouçu işə götürə bilər.

Yuxarıda qeyd edilən hallarla oxşar vəziyyətlərin öhdəsindən gəlmək üçün ilk olaraq belə proseslərin mürəkkəbliyindən xəbərdar olmaq vacibdir ki, kouç bu cür tələləri tez yaxalaya bilsin. Həmçinin kouçinq fəaliyyətinin əsaslandığı standartlar və prinsiplərlə bağlı olan bütün insanları məlumatlandırmaq üçün kouçinqin etik kodeksinə güvənmək vacibdir. Yekun olaraq, kouçlar təcrübələrini, şübhələrini və hislərini öyrənmək və şüurlu qərarlar almaq üçün məsələn, kouçinq nəzarəti kimi reflektiv prinsiplərdən istifadə edə bilərlər.

Rəhbərlərə yönəlik kouçinq prosesi fərdlərə və şirkətlərə effektiv təsir edə bilər, ancaq təssüf ki, bu prosesdə iştirak edənlərə zərər də verə bilər. Üçlü əməkdaşlıqların mürəkkəbliyinin fərqində olaraq və bunun öhdəsindən gəlməyə çalışaraq koçilər, kouçlar və sponsorlar rəhbər kouçinq xidməti fərdlərini və təşkilatları öyrənməyə təşviq etməklə və pozitiv transformasiya etməklə razı sala bilərlər.

Anna Pliopas – Beynəlxalq Kouç Federasiyasının MMC dərəcəli kouçudur. Brazilyada çoxmillətli şirkətlərdə və Avstraliya və Meksikada təşkilatlarda çalışaraq öz kouçluğuna beynəlxalq baxış tərzi qatmışdır. Annanın kouçinq təcrübəsi maliyyə, pərakəndə, kimya, qeyri-kommersiya və peşəkar xidmət sahələrini əhatə edir. Goldman Sachs və J.P.Morgan kimi yüksək tələbli iş mühitlərində icraçı olaraq işlədiyi üçün, o, böyük idarəçilərə və yüksək potensiallı liderlərə kouçluk etməkdə öz dərin təcrübsinə görə son dərəcə uğur qazanmışdır. Həmçinin, Annanın güclü akademik avtobioqrafiyası var: hal hazırda rəhbərlərə yönəlik kouçinq proseslərinə dair araşdırma aparan Fəlsəfə üzrə Elmlər namizədidir. O, Brazilyanın Sao Paulo şəhərində olan Fundaco Getulio Vargasda təşkilati davranışlarla əlaqəli fənlər üzrə professordur. Anna kouçinq diplomunu Hudson Kouçinq İnstitutundan almışdır və Kouçinq İdarəsi Akademiyası tərəfindən akkreditə olunmuş Kouçdur. Anna kouçlara fərdi və individual şəkildə rəhbərlik edir və davamlı olaraq nəzarət altında saxlayır.

Mənbə: ICF Blog

Tərcümə: Qızılgül Məmmədova | coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.