“Bütün xəstəliklər əsəbdən yaranır, yalnız sifilis sevgidəndir” sözündə həqiqət payı az deyil.
Tibb elmi bu sözlərin doğruluğunu çoxdan isbatlamışdır – bir çox xəstəliklər psixosomatik mənşəlidir. Psixosomatiya – psixi gərginliyin xəstəliyə səbəb olmasıdır.
Freud psixosomatik xəstəlikləri konversiya adlandırırdı.”Konversiya” sözü adətən “nəsə xoşa gəlməz hala dönən, lazımsız hala dönən” mənasında istifadə edilir. Freudə görə daxili konfliktlər orqanizimdə müxtəlif fizioloji simptomlara transformasiya olunurlar. Konversiya təsadüfi simptomlarla deyil, hər simptomu yaradan konkret səbəblərlə əlaqədar termindir. Məsələn, görmənin və eşitmənin psixosomatik zəifləməsi və ya itməsi ətrafdakıları eşitmək və ya görmək istəməmə səbəbi ilə yaranır.
Stres insan orqanizminin fiziki və ruhi şiddətə qarşı yaranan cavab reaksiyasıdır. İnsan orqanizmi stres altındaykən sinir sistemini müxtəlif hormonlar vasitəsi ilə qıcıqlandıraraq onu yaradan amillərə cavab verir. Stres halında ikən qanda adrenalinin, noradrenalinin, kortizolun, endorfinlərin, böyümə hormonunun, prolaktinin və testesteron hormonunun səviyyələrində dəyişiklik müşahidə olunur.
Beyində yerləşən hipotalamus adlanan vəz böyrək üstü vəzləri aktivləşdirərək adrenalin və kortizolun qana ifrazını artırır. Bu hormonlar ürək döyüntüsünü, təyziqi, tənəffüs sayını artırır və maddələr mübadilərini sürətləndirir ki, hər birimiz stres anında ürək döyüntülərimizi, nəfəs tezliyimizi, bəzilərində qan təyziqinin yüksəlməsini, əllərin tərləməsini, göz bəbəklərinin genişlənməsini müşahidə etmişik. Qan axımı artdığından əzələlər daha çox gərginləşdiyi üçün bədənin hərəkətə hazır hala gəlməsinə şərait yaradır. Stres halında beyində uyuşma hissi verən enkefalin və metenkefalin, yəni opiyatlar adlanan hormonlar artır.
Ətrafda baş verən hər hadisədən və ya barələrində deyilən hər neqativ sözdən təsirlənən (stresə girən) insanlar daha çox xəstələnmə riski daşıyırlar. Daimi olaraq qana ifraz olunan stres hormonları orqanizmə neqativ təsirini buraxmaqdadır.
Məhşur həkim Dadli Uayt “ürək tutmasından ölüm qəfləti olmur. Buna orqanizm uzun illər hazırlaşır” deyirdi.
Bir çox insan şəxsi böhrana qorxu iə cavab verir, amma daha fərqli yanaşma da mümkündür. Şəxsi böhran sadəcə ölçüləri böyüdülmüş çətinlik növüdür və çətinliklər hər kəsin həyatının parçasıdır.
Həyatınızın uğuru onun ən qaranlıq anlarından necə keçdiyinizə bağlıdır – bunlar dönüş nöqtələrinizdir, yoxsa məğlubiyətinizmi olacaq? Bu qərar sizin əlinizdədir.
Dr. Arzu Yusifova / coaching.az
Arzu Yusifova – həkim-qastroenteroloq
Azərbaycan Dövlət Tibb və Ankara Tibb universitetlərində təhsil almışdır.
Bir çox elmi konfransların məruzəçisi və iştirakçısıdır.
Bir neçə elmi məqalənin müəllifidir.
Azərbaycan Cərrahlar Klubu, Amerika Qastroenteroloji Asosasiyası ve Avro