coaching.az |

Sadəcə bir gün…

Bir gün, sadəcə bütov bir gün başqalarını tənqid etmədən, onlara qarşı qərəzli davranmadan, başqaları ilə müqayisə etmədən və nifrət ifadələri ilə danışmadan və yazmadan yaşayaq. Lütfən, bir gün bunu sınaqdan çıxaraq, dostlar.

Hər birimiz özümüzü cəsur, müasir, inanclı, təhsilli və dünyanın ən yaxşı insanı sayırıq, elə deyilmi? Elədirsə, bütün bunların nə qədər real olduğunu əməldə göstərək.

“Hamı günahkardır, biz isə haqlıyıq. Heç kimsə işə yaramır, bizə isə möhtəşəmik” – problem məhz bu düşüncələrdədir. Əslində isə hər birimiz yerin dibinə batırdığımız o hər kəsdən biriyik.

Fasiləsiz işləyən fabriklər kimi beynimiz gün boyunca və dayanmadan mənfi düşüncələr istehsal etməsin və baxaq görək nələr dəyişəcək?

O çirkin, axmaq, düşüncəsiz, qaba, xain, əxlaqsız, yalancı, saxtakar, egoist və və daha neçə-neçə xasiyyətlər hamımızda var! Buna görə də onları təmizləmək hamımıza aid olmalıdır. Davamlı şəkildə başqalarının pis, özumüzün isə yaxşı olduğunu düşünmək ən axmaq və cahil iddialardır.

Bir gün, sadəcə bütov bir gün başqalarını tənqid etmədən, onlara qarşı qərəzli davranmadan, başqaları ilə müqayisə etmədən və nifrət ifadələri ilə danışmadan və yazmadan yaşayaq. Bəlli olmaz, bəlkə də təmiz düşüncələrlə yaşamaq xoşumuza gedər və ondan sonra da hər zaman bu şəkildə yaşamaq istəyərik.

Nə deyirsiniz?

Murat Kaplan

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.