coaching.az |

Mariya Şarapovanın çempionluq sirri

Mariya Şarapova kitabında uşaqlığından bir xatirəni paylaşır. Bu kitabı hələ tam oxumamışam. Ancaq, Şarapovanın bu xatirəsini kitabı bitirməyi gözləmədən paylaşmaq istədim.

Soçidə yaşadıqları vaxtda atası bir gün 5 yaşlı Mariyanı məşqə aparır. Avtobus dayanacağına gedərkən Şarapovanın birdən ayağı sürüşür və o, yerə yıxılır. Ayağa qalxanda görür ki, üst-başı qana bulanıb və dırnağı qopub.

Narahat olan atası Mariyaya “dərhal evə qayıdaq və həkim çağıraq” deyir. Ancaq, Şarapova razılaşmır və evə qayıtmaq isdəmir. Atası, qayıtmazsa, anası ilə aralarında problem yaranacağını desə belə, Şarapova möhtəşəm bir cavab verir.

Məhz bu cavaba mən də bu məqaləni sizinlə paylaşmaq istədim.

Basketbol əfsaənəsi Michael Jordanın çox əla bir sözü var. Deyir ki, “İctimaiyyət içərisində alacağımız alqışı və mükafatı heç kimin bizi görmədiyi anlarda, üzərimizdə digərlərinin gözləri, baxışları olmadığı, yəni tək başımıza, öz-özümüzlə olduğumuzda etdiklərimiz təyin edəcəkdir”.

Şarapovanın atasına verdiyi cavab həm Jordanın bu sözünü xatırlatdı, həm də, özümü sorğulamağıma səbəb oldu. Çünki, danışmaq başqa bir məsələdir, ama işləmək, ehkam kəsdiyimiz standartlara görə yaşamaq tamam fərqli söhbətdir.

İnsanlar ətrafımızdaykən etdiklərimiz haqqında danışdıqlarımızla, tək başımıza qaldığımız hallardakı etdiklərimiz bir-biridən çox fərqlənirsə, uğursuzluqlarımızın səbəblərini başqa yerlərdə axtarmağa ehtiyyac yoxdur. Sadəcə üzərimizdə nəzarət tələb olduğunda əgər işləyəcəyiksə, alacağımız nəticələr də buna görə olacaqlar.

Buyurun, Mariya Şarapovanın cavabını oxuyun və nə demək istədiyimi daha yaxşı anlayacaqsınız.  Həmçinin, uğurun “SİRR”ini öyrənmiş olacaqsınız. SİRR -i öyrənməyə çox da həvəslənməyin. Bu sirrə əməl edəcəksinizmi –  əsas olan budur.

Atası təkidlə geri qayıdaq, həkim çağıraq dediyində, Mariya “Olmaz ata. Bugün məşqim var. Məşqə getməliyəm. Qaçıra bilmərəm.” deyir və barmağına ilişik qalmış, qanamaqda olan dırnağını qoparıb atır. O gün balaca bir qız olmasına baxmayaraq, hərkəsin haqlı sayacağı, danlamayacağı bir səbəbi olmasına baxmayaraq, üstəlik də, dırnağını çəkib qopararaq məşqinə gedir. Yəni, o günün təlimini qaçırmır.

Asan olanı – evə qayıtmağı, sabah edərəm seçimini deyil, çətin olanı – gedib o gün onu xəyallarına aparacaq nələrdirsə, onları etməyi seçir.

Mariya Şarapova US Open Tennis turnirində. Avqust, 2014

Şarapovanın bu xatirəsi hər birimiz üçün çox güclü bir səmimiyyət testidir.

Sorğulayaq özümüzü; hərgün etməyi planlaşdırdıqlarımızı, etməli olduqlarımızı etmək üçün nə qədər qətiyyət göstəririk?  Çətinliklərin öhdəsindən nə qədər gəlirik? Bəhanələrimiz daha çoxdur, yoxsa xəyallarımıza doğru atdığımız addımlar? Kiminsə bizi mootivasya etməsini, ya da məcbur etməsinimi gözləyirik, yoxsa heçkimə, heçnəyə ehtiyac duymadan başlayıb işləyirikmi?

Və özünüzün tapıb elə özünüzdən də soruşacağınız başqa bir çox suallarla – məhz sizə, sizin hədəflərinizə, çətinliklərinizə, həyat şərtlərinizə aid suallar – özünüzü sorğulayın.

Bu səmimiyyət testini nə qədər çox etsək, özümüzü bu testə əsasən dəyərlənidrsək, o zaman bəhanələrimizin ciddi olaraq azalacağını, xəyallarımıza olan məsafəmizin isə sürətlə qısalacağını görəcəyik.

Amma, asan deyil, çətindir. Vacib və dəyərli olan, eyni zamanda asan olan nə varki  – elə deyilmi? Yəqin ki, heç nə.

Ona görə də…

Özümə və sizə bu çətin mübarizədə uğurlar arzulayıram.

Sorğulayın özünüzü və daha yaxşı qərarlar verib, xəyallarınıza tez çatın.

İsmayıl Vəliyev

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.