coaching.az |

Liderlər etibarı necə yaratmalıdırlar?

Şirkət rəhbərləri çətin problemləri həll edərək özlərinə əminlik və dürüstlük nümayiş etdirdikləri zaman əməkdaşlarının onlara daha çox etibar etdiyinə inanırlar. Reallıqda isə bunun təmamilə əksi doğrudur. Müvəffəqiyyətsizliyə meydan oxuyacaq cəsarət və etdiyin səhvləri şəffaf şəkildə üzərinə götürmə aydın öyrənmə öhdəliyi ilə balanslaşdıqda güvən sürətli şəkildə artar.

Güvən olduqda insanlar hər hansı bir yaradıcı səyin təməl ünsürü olan müvəffəqiyyətsizliyi rahatlıqla qəbul edərlər. Liderlər insani dəyərlərə sahib olarsa, həssas və əsil insanlar fərdi olaraq onlara bağlılıq hiss edər və bu da etimad hissini inkişaf etdirər.

Etimadı formalaşdırmaq üçün rəhbərlər aşağıdakı üç əsas üsuldan istifadə edə bilərlər:

Şəffaflıq

Şəffaflıq və insani yanaşmaya həvəssizlik olduqda, liderlik ünsiyyət yönümlü olmaqdan daha çox formal sövdələşməyə bənzəyir. Hər addım yalnız və yalnız mənfəət və nəticələrə fokuslanır.

Aydın məsələdir ki, nəticə əldə etmək çox önəmlidir. Lakin görülən işlər tərəfdaşlıq və qarşılıqlı münasibətlər çərçivəsinə olarsa, hər kəs öhdəlikləri yalnız məsul şəxsin üzərinə düşməsi məcburiyyəti ilə deyil, birlikdə yerinə yetirər.

İnsanlar həqiqətin nə vaxt deyilməsi lazım olduğunu bilirlər. Ona görə bunun onlara deyilməsinə ehtiyac yoxdur. Səlahiyyətli şəxslər yalnız həqiqəti deyir və açıq danışırlarsa, etimad təbii olaraq formalaşır.

Əgər səhv edilibsə, bunun açıq şəkildə etiraf edilməsi çox vacibdir: “Mən səhv etmişəm və buna görə lazımi məsuliyyəti daşımağa hazıram”. Bu cür dürüst davranış müvəffəqiyyətsizliyə uğrasaq belə, öyrənmək üçün təhlükəsiz, açıq və azad atmosfer formalaşdırır.

Dinləmə

Diqqətlə dinləməklə qarşındakı insana özünü önəmli hiss etməsi üçün şərait yaradırsınız. Eyni zamanda biz çox vaxt mənfəət və nəticələrə fokus oluruq ki, bu da görüləcək işlər üçün daha çox narahatlıq keçirməyimizə səbəb olur, nəinki insanlar üçün.

Diqqətli dinləmə zamanı qarşımızdakı insanın ürəkdən gələn sözlərinin arxasında gizlədilərək bizə təqdim olunan dərin həqiqəti eşitməyi bacarmaq çox vacibdir. Bu səsləndiyindən daha müşküldür. Beynimizdə müxtəlif problemlər, məsələlər və narahatlıqlar barədə daim səs-küylü və faydasız mübahisələr olur. Ona görə də diqqətimizi daxili dialoqumuzdan ayırıb, digər bir insana yönəltmək ciddi bir nizam-intizama sahib olmağı tələb edir.

Gəlin dinləməni bir projektor olaraq təsəvvür edək. Bizim daxili dialoqumuza baxarkən aydınladılması gərəkən şey də məhz budur. Biz projektorumuzu daxili dialoqdan ayırıb digər birinə yönəltmək üçün özümüzü nizama salsaq, bununla qarşınızdakı insanda daha çox təsir edə bilərik. İnsanlar dinləmə bacarıqlarını inkişaf etdirərkən təbii gücləri və yaradıcılıqları önə çıxır.

Cəsarətli söhbətlər

Biz çıxış edərkən mənasız qəliblər və ya ötəri söhbətlərdən danışmırıq. Əsl nitqin mahiyyət və dərinliyi olmalıdır.

“Söhbət” (conversation) sözü latın mənşəli sözdür və “bir şeyə yönəlmək” mənasını ifadə edir. Əgər hər bir söhbət bir insana nəyisə deməyə yönələn fürsət olsaydı, o zaman nə baş verərdi?

İnsanlar bir şeylə maraqlanırsa, onu əldə edə bilərlər. Hətta, əgər istiqamət onların istədiyindən fərqli bir yönə aparsa belə, insanlar söhbət və anlaşılmazlığın nəticəsinə öz töhfələrini verə bilmə səlahiyyətlərinin olduğunu bilsələr, proseslə maraqlanacaq və danışıqlara etibar edəcəklər. Çünki, onlar orijinal və cəsarətlidirlər və belə dərin söhbətlərdə bir növ dahilik və aydınlıq var.

Bu cür cəsarətli söhbətlər üçün hazırkı məşğul dünyamızda vaxt ayırmaq bir az çətin olur, bunun yerini email və ya 140 simvollu tvitter paylaşımı tutur. Təbii ki, bu kanallardan istifadə etməkdə heç bir yanlışlıq yoxdur, onlar da həmçinin sürətli ünsiyyəti təmin edir. Bununla belə, əhəmiyyətli söhbətlər üçün vaxt ayırmağımızda hələ də fayda var.

Həqiqi əhəmiyyətli söhbətlər vaxt və məsuliyyət tələb edir. İnsanlar bunda maraqlı olmalı və mövzu ətrafında araşdırma aparmaqda davam etməlidirlər. Hər hansı mənalı söhbət cəsarət istəyir, çünki o, bizi ən dəyərli inanclarımızı sorğulamağa və məchulu kəşf etməyə məcbur edir.

Araşdırılmayan və danışılmayan şeyləri axtaran liderlər, cəsarətli söhbətlər üçün komandasını keçmiş uğurlarından da irəli aparacaq yeni və aktual mövzular tapacaq.

Liderlik sadəcə liderlər üçün deyil – hamı üçündür. İstiqamətləndirməyə başlayın.

Müəllif: Karen Kimsey-House | Kouç, Coaches Training Institute (CTI) təşkilatının qurucusu və İcraçı direktoru.
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.