Bu məqalədə mən “çərçivədən kənara” çıxaraq, şirkət daxilində anlaşılmazlıqlara səbəb olan, “hazır məhsul” sayılan bəzi ifadələrdən bəhs etmək niyyətindəyəm. İlk baxışda bu ifadələrin təbii ki, heç bir çatışmazlığı yoxdur. Çox güman ki, hər birimizin ən sevdiyi və bəlkə də ən qıcıqlandırıcı ifadələr siyahısı var. Bu ifadələrin həqiqi təhlükəsi sadəcə qıcıq yaratmaqdan daha irəli gedə bilər.
Ola bilər ki, rəhbəriniz tamamilə əks mənalı bir mesaj vermək niyyətindədir və ya şirkətiniz sadəcə ünsiyyət yaratmaq istəyir. Heç təəccüblü deyil ki, istənilən ünsiyyət zamanı onu mənalandıran tərkib hissələrinin çoxu qeyri-verbal komponentlərdir. Üz ifadələri, səs tonu, jestlər, duruş tərzi, göz təması və digər oxşar hərəkətlər çatdırmaq istədiyin mesajın 90-95%-ni ifadə edir. Başqa sözlə, qeyri-verbal mahiyyət çox vaxt sözlərin özündən daha vacib olur. Mesaj çatdıran şəxsin səmimiyyətini, səlahiyyətini, gücünü, zəifliyini, hiyləsini bu incə (bəzən də kobud) qeyri-verbal işarətlərlə mühakimə edirik. Eyni zamanda, bu qeyri-verbal işarələri təfsir edərək, təlimatın və ya göstərişin təcililiyi barədə nəticəyə də gələ bilirik. Həmçinin, mesaj verənin bizim barəmizdə və ya bacarıqlarımız haqqında düşüncəsini biz həmin qeyri-verbal “ipucları”nı analiz edərək, anlamağa çalışırıq. Eyni zamanda, bəzi çeynənmiş ifadələr əvəzinə birbaşa ifadələrin seçilməsi də bizə müəyyən “mesajlar” çatdıra bilir. Bəzən rəhbər mesajın bu yozmasını nəzərdə tutmaya da bilər.
Korporativ jarqonların həddindən artıq istifadəsini pisləyən və bunun səbrimizi və dilin təmizliyini, gözəllik və həssaslığını zədələdiyini bildirən yüzlərlə (hətta minlərlə) məqalə var. Mənim səbrsiz halda korporativ nitqin bir çox mənasız ifadələrini seçməyə fokuslanmağım, komanda hədəflərinə mənfi təsir göstərə bilər. Aşağıdakı beş ifadə məhsuldarlıq, performans, komanda ruhu və bu kimi mövzulara istinad etmək üçün nəzərdə tutulmuşdur. Amma, eyni zamanda onların hər biri əks mənada anlaşıla bilmə kimi bir risk daşıyır.
Mənə problemlər gətirməyin, həllər gətirin. Bu ən qıcıqlandırıcı ifadə çox vaxt yaxşı niyyətlə deyilir. Rəhbər komandasını özləri barədə fikirləşmək üçün həvəsləndirmək istəyir – “Az asılı olun. Daha çox təşəbbüsçü olun”. Amma bu ifadə tərzi tez-tez yanlış anlaşılaraq, ziyan verir, nəinki xeyir gətirir.
Əlbəttə, biz rəhbərlərin komanda səviyyəsində daha dolğun problem həll etmə təşviqinin olmasını istəyirik. Amma, bəzən komanda üzvlərinin imkan və bacarıqlarını aşan problemlər olur. Bu cür maneələr peyda olarkən onlar üçün bir rəhbər kimi idarə etmək daha da çətinləşir. Əgər onların problemi həll etmək üçün bir ideyası varsa, bu, əladır. Amma, əgər yoxdursa, məlumatları özündə saxlamaq həddən artıq təhlükəlidir. Məhz belə vaxtlarda Sizə müraciəti etmələri onlar üçün çox önəmlidir. Əgər onlar sizə “vəziyyəti yoluna qoymağın bir yolunu tapa bilsəydim Sizə müraciət etməzdim” deyərək yaxınlaşırlarsa, deməli bu ciddi və təhlükəli vəziyyətə yetərincə diqqət göstərilməsə, bir xeyli davam edə bilər. Kiçik problemlər böyük fəlakətə çevrilə bilər. Bu ifadədə nəzərdə tutulan məna odur ki, heç bir həll təklifi olmadan gələn əməkdaşların performansı qənaətbəxş deyil. Tam anlamıyla ifadə etsək, bu, təcridolmaya yol aça bilər.
Tələsin (Cəld olun). Bir layihənin tamamlanması, təklifin hazırlanıb bitirilməsi və ya son təhvil vaxtı (deadline) ilə üzləşən hər kəs belə vəziyyətlərin nə qədər təşviş və narahatlıq yaratdığını çox yaxşı bilir. Kiminsə tapşırığı qurtara bilməməyin nələrlə nəticələnəcəyini xatırlatmasının isə bizə çox az faydası dəyər. Bu, xüsusilə bizim üzərimizdə səlahiyyəti olan şəxslər olduqda doğrudur. Bundan başqa, bu ifadə komanda üzvünün təcililiyi dərk etmədiyini vurğulamaq məqsədilə istifadə etdiyiniz mənasına da gələ bilər. Yəni, onların sürətlə işləməli olduqlarını bilməyəcək qədər axmaqdırlar. Buna qarşılıq olaraq, onlar işləmə sürətlərini artıra bilər, lakin nəticədə çoxlu düzəlişlərə ehtiyac yaranacaq və ümumilikdə keyfiyyəti çox aşağı olan bir iş ortaya çıxacaq. Qədim bir məsəldə deyildiyi kimi, “tələsib qabağa getmək istədim, daha da geri getdim”. Burada həqiqət var. Təsir istifadə edildikcə artar. Yəni, bu ifadəni bir dəfə demək, rəhbərin tələsdiyini göstərər. Amma ikinci və hər növbəti dəfə təkrarlamaq yanlış təsirə səbəb olacaq.
Səhv etməyin. Hər bir Olimpiada tamaşaçısı bu ifadənin necə işlədiyini yaxşı bilir. Minlərlə dəfə mükəmməl performans göstərən atletlər, diqqətli olmağın ən vacib olduğu anda səhv edərlər. Bu bir dəfə baş verdisə, ard-arda təkrarlanar. Yüksək dərəcəli atletlər, bədii gimnastlar, pilotlar, əsgərlər, cərrahlar və digərləri daim mükəmməl performans nümayiş etdirmək üçün bacarıqlarını inkişaf etdirirlər. Çoxlarının performansı beyinlərində xüsusi çərçivəyə salmaq üçün ön məşq rejimləri var. Karyerasında çox uğurlu olan bir basketbolçu deyirdi: “Səbət hovuz qədər böyük görünür”. Lakin kənardan kimsə “Bu zərbəni qaçırma” dediyində o, “boşuna buraxılmış atış” barədə, topun səbətə girmə arzusundan daha çox fikirləşəcək. Rəhbərin də bu xatırlatması belə arzuolunmaz mesaja bənzəyə bilər: “Mən xatırlatmayana qədər Siz tapşırığı yaxşı səviyyədə bitirmək haqqında fikirləşmirsiniz. Tək başınıza işin öhdəsindən gələ bilmirsiniz”. Bu, işə təkrarən baxmaq üçün bir həyəcan siqnalıdır.
Sən yaxşı işçisən, amma… Daha əvvəlki məqalədə mən “sendviç” metodu haqqında yazmışdım. Komanda rəhbəri komanda üzünün qəbuledilməz bir davranışını demək və ya xoşagəlməz geri bildiriş vermək istəyirsə, mütləq nəsə yaxşı, pozitiv bir fikir söyləməlidir. Daha sonra tənqidini və ya mənfi rəyini deyə bilər. Və yenə də təriflə yekunlaşdırmalıdır. Nikbin, konstruktiv ifadələrlə çevrələnən tənqid daha qəbuledilən olacaq. Budur “sendviç”. Bir az çörək, arasında əsl ət və bir az daha çox çörək. Sonra isə komanda üzvünün bunu “həzm etməsinə” ümid edirik. Bəs bu üsul nəyə yarayır? Təbii ki, komanda üzvümüz tərif eşitməməyə alışır. Bu cür davranışlar onun “Rəhbərim elə fikirləşir ki, mən həqiqəti eşidə bilməyəcək qədər zəifəm” düşüncəsinə səbəb ola bilər. Və ya komanda üzvlərinin “Nəyisə səhv etməyənə qədər, rəhbərim mənimlə danışmayacaq” kimi mübahisəli fikirlərinə gətirib çıxarır.
Komandada “Mən” yoxdur. Komanda işinin vacibliyini vurğulamaq üçün bu ifadənin altında yatan məna adətən belə qavranır: “Sən eqoistsən”. Biz də öz növbəmizdə komanda üzvlərinin narahatlıqlarına cavab olaraq, onlara qarşı belə bəsit davranışa olan reaksiyalarını öyrənməyə çalışırıq. Bu, komanda anlayışının dərk edilməsinə səthi yanaşmadan qaynaqlanır. Komanda ehtiyaclarının fərqində olmaq və onlara hörmət edilməsi hər bir komanda üzvü üçün önəmlidir. Bu, komanda fərdlərinin görməzdən gəlinməsi demək deyil və ya komanda üzvlərinin ayrılıqda ehtiyaclarının önəmsiz olduğu da demək deyil. Və ya əsas fərdi ehtiyaclarını qarşılamağa çalışan birinin “komanda oyunçusu” olduğu da demək deyil. Bunu qəbul etmək istəməyən komandaların öz məqsədlərinə çatmaqda problemlər yaşadıqları müşahidə olunmuşdur. Komanda məsuliyyətinin bir hissəsi də öz komanda yoldaşlarına uğur əldə etməkdə kömək etməkdir. Bu fərdi komanda üzvlərini dinləmək və onlara tapşırığın tamamlanması üçün məsuliyyət qoymaq anlamına gəlir. Komanda üzvlərinin bir-birini necə məsuliyyətə cəlb edəcəyini öyrənməsi bir az çətindir, amma onların təşvişlərini əhəmiyyətsiz hesab etmək, problemi həll etməkdən çox onu gizləməyə çalışmaq deməkdir.
Problemlər yoxdur, yalnız fürsətlər və çağırışlar var. Faktiki olaraq problemlər var. Reallığı inkar etməyə çalışmaq onu arxada qoymaq anlamına gəlməz. Aydındır ki, bu ifadə komanda üzvlərinin daha pozitiv və kreativ düşünməsi üçün istifadə edilir. Eyni zamanda bu, həqiqi problemlər və açıq, düzgün ünsiyyətin vacib olduğu bəzi məqamlarda liderlərin problemi dinləmək həvəsinin olmamasını da ifadə edə bilər. Motivasiyaedici plakatlar və xoşbəxt sifətlər şirkətin məhsuldarlığını artıra bilməz. Yaxşı liderlər iş yerində müsbət və məmnun mühit yaratmağa çalışmalıdır ki, əməkdaşlar vəzifələrini yerinə yetirməkdə həvəsli olsunlar. Amma, bu cür mesajlar liderləri zəif və etinasız göstərə bilər. Əməkdaşlar gördükləri işin faydalı olduğunu, onların əməyinin ədalətli qiymətləndirildiyini, öz rəhbərlərinin bacarıqlı və dürüst olduğunu və mövcud, habelə qarşıdan gələn maneələri həll etmək üçün əllərində resurslar və səlahiyyət olduğunu bilsələr daha məmnun və produktiv olarlar.
Şirkətinizin bu şablonlardan asılı olduğunu təyin edən çoxlu siqnallar var. Faydasız korporativ jarqonlardan asılılığınızı təyin edə bilərsiniz. Əgər siz də aşağıdakıları istifadə edirsinzsə, bu artıq asılı olduğunuzdan xəbər verir:
- Spesifik sahəyə aid olan bir sözü, digər bir şeyi ifadə etmək üçün istifadə edirsinizsə;
- Hər mübahisədə “günün sonunda” sözləri əlavə edirsinizsə;
- İsimləri fel kimi istifadə edirsiniszə, “Birləşmək niyyətindəyik”;
- Felləri isim kimi istifadə edirsinizsə “Sizin reaksiyanız nədir?”.
Beləliklə, “material tapma çazəsizliyini” aradan qaldırmaq üçün növbəti liderlik təlimlərinizdə istifadə edə biləcəyiniz alternativ bir “ssenari”ni sizə təqdim etdiyimi düşünürəm. Sadəcə mən “eyni ilahidən mahnı oxuduğumuzun” və “həllərimizin” “sineji halına gətirmə” bacarığımızın inkişaf etdiyinə əmin olmaq istəyirəm. Həqiqətən, əgər zarafatcıl reaksiyalarınızı boğa bilirsinizsə, öz fərdi siyahınızı hazırlayın və digərlərinin rəylərini dinləməyə cəhd edin. Bu həqiqətənmi sizin davam etmək istədiyiniz ünsiyyət formasıdır? Bu formada hazırlanan ifadələrin həddindən artıq istifadəsi rəhbərlərin gözlədiyindən daha təhlükəlidir. Bu, yuxarıda qeyd etdiyim beş fraza üçün də keçərlidir, amma bundan daha artığının da mövcud olduğuna əminəm. İngilis dili gözəldir, onu düzdün istifadə edin. Belə şablonlardan uzaq durun. Liderlik mürəkkəbdir. Şəffaflıq isə fəzilətdir. Onu kiçik, dar bağlamaya bükməyə çalışmayın.
Müəllif: William Stinnett, Ph.D | Gordon Training International
Tərcümə: Lalə Rəsulova | coaching.az