coaching.az |

Kouçla çalışmaq üçün 33 səbəb

Kouçinq – insanın inkişafını, məhsuldarlığını və maariflənməsini artırmağa yönəlik əməkdaşlıq sənətidir. Olduqları yerdən narazı və narahat olan insanlar həyatlarında müsbət dəyişikliklər yaratmaq məqsədi ilə könüllü, şüurlu və planlı şəkildə bu prosesə daxil olaraq, yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin (coachee – koçi)  potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.

Həyatdakı statusundan, zənginlik səviyyəsindən, təhsil və ya dünya görüşündən asılı olmayaraq hər bir şəxs – iş adamları, yüksək vəzifəli rəhbərlər, siyasətçilər, idmançılar və ya özünü sıravi vətəndaş kimi görənlər – kouçla əməkdaşlıq edə bilər. Bir çox ölkə başçılarının və böyük şirkət rəhbərlərinin kouçlarla işlədiyi artıq bilinən həqiqətdir.

Kouçlar müasir cəmiyyətin lokomotivi funksiyasını görən peşə sahibləridirlər. İnkişaf etmiş cəmiyyətlərdə kouç xidmətlərinə tez-tez müraciət olunduğu bilinən həqiqətdir.  Sevindirici haldır ki, son illərdə ölkəmizdə də beynəlxalq sertifikasiya sahibi kouçların sayı artmaqda və insanlarımız da bu xidmətə daha çox rəğbət göstərməkdədirlər.

Kouçla çalışmaq bizə nələr verəcək?

  1. Həyatımıza məna yükləməyə nail oluruq;
  2. Həyata daha çox bağlanır və onun hər anını doya-doya yaşamağa çalışırıq;
  3. Həyatda necə əylənməyi və ondan həzz almağı öyrənirik;
  4. Şəxsi və iş həyatımızda balans qurmağı öyrənirik;
  5. Hal-hazırda olduğumuz mənəvi-ruhi-zehni səviyyənin fərqinə varır, yüksəlmək istədiyimiz inkişaf mərhələlərini müəyyən edib, bizi qanadlandıracaq yeni və ambisiyalı hədəflər təyin edirik;
  6. Daxili dialoq kanallarını açıb, özümüzü daha yaxından kəşf etmə yollarını öyrənirik;
  7. Özümüzə və ətrafımıza faydalı insana çevrilirik;
  8. Həyatımızdakı prioritetləri və bizim üçün nələrin önəm daşıdığını tamamilə aydın dərk edirik;
  9. Öz güclü tərəflərimizi tanıyır və onlardan əminliklə istifadə edirik;
  10. Dəyərlərimizin fərqinə varır və bu dəyərlər bütün işlərimizdə mihəng daşına çevrilir;
  11. Səhv və uğursuzluqlarda böyük fürsətlər gizləndiyini anlayırıq;
  12. Riskləri sevməyə və ona meydan oxumağa başlayırıq;
  13. Həyatda əldə etmək istədiyimiz şeylərə doğru daha cəsarətlə irəliləyirik;
  14. Bizi həvəsdən salacaq, depresiyaya sürükləyəcək və ən əsas da, heç bir faydası olmayan mənfi insan, hadisə və ya xəbərlərə qulağımızı bağlayırıq;
  15. Emosional intellektimizin üzərində davamlı şəkildə çalışır və emosional sabitliyə can can atırıq;
  16. Ətrafa davamlı şəkildə müsbət enerji yaymağa çalışaraq, olduğumuz mühitin emosional iqlimini mülayimləşdiririk;
  17. Əvvəlcə anlamağın, sonra isə anlaşılmağın vacibliyini dərk edirik;
  18. Davamlı şəkildə öz üzərimizdə işləyir, daim irəliləyir və önəmli işlərə imza atırıq;
  19. Biz dəyişdikcə ətrafımızdakı insanların da dəyişdiyini hiss edirik;
  20. Artıq daxilimizdəki tənqidçi bizi qorxutmur – onunla ortaq məxrəcə gəlməyi bacarırıq;
  21. Başqaları ilə deyil, özümüzlə yarışırıq. Artıq bizim üçün başqalarının uğur və ya uğursuzluqları deyil, öz uğur və uğursuzluqlarımız maraqlıdır;
  22. Özümüzü motivasiya etmə bacarığına sahib oluruq;
  23. Gündəlik söz tərkibimizdə pozitiv sözlərin sayı neqativ sözləri qat-qat üstələməyə başlayır;
  24. Daha çox dinləyib, daha az danışmağın vacibliyini öyrənik;
  25. Tənqidçi deyil, təhlilçi olmağa çalışırıq;
  26. “Yox” deməyin vacibliyini öyrənirik;
  27. Baş verməsi şübhə altında olan hadisələrə görə daha az narahatlıq keçiririk. Bizim üçün vacib olan indiki zaman və bu andır;
  28. Keçmişimizdə deyil, bu günümüzdə yaşayıb, daha gözəl gələcəyi qurma yollarını axtarırıq;
  29. Nikbinliyimiz və ideyalarımız dolub-daşır;
  30. Həyatdakı gözəllikləri görməyi bacarır və onlara dəyər veririk;
  31. Sadəcə biolojik varlıq olmaqdan qurtulub, mənəvi və zehni tərəfimizlə parlayan İNSANa çevrilirik;
  32. Öz həyatımız və sahib olduqlarımız üçün səmimi minnətdarlıq hissi duyuruq;
  33. Nəhayət, özümüzlə barışıq içərisində yaşamağı öyrənirik.

 

İndi dəyişiklik zamanıdır!..

 

Kouçinqlə əlaqədar suallarınız var? Kouçla çalışmaq istəyirsiniz?


ALPHA Coaching & Consulting şirkəti Azərbaycanda fərdi və korporativ kouçinq xidmətləri təqdim edən şirkətdir. Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən sertifikatlaşdırılmış kouçlarımız şəxsi və iş həyatınızı daha məhsuldar və zəngin edə bilməyiniz üçün sizə öz peşəkar xidmətlərini təklif edirlər. Bizimlə birlikdə çalışaraq həyatınızı daha dolğun, daha məhsuldar və mənalı edə bilərsiniz. Kouçinq xidmətlərimiz haqqında ətraflı məlumatı buradan ala bilər və ya (012)409 43 39, (055)909 22 22 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

VACİB QEYD:  Dünyada kouçinq peşəsinin əsas təsdiqləyici və tənzimləyici qurumu kimi International Coach Federation təşkilatı çıxış edir. Kouç peşəsinə yiyələnmək istəyən şəxslər ICF-in tanıdığı və təsdiq etdiyi təhsil qurumlarından müvafiq sertifikat almalı və periodik olaraq təhsillərini təkmilləşdirməlidirlər. Rəsmi ICF kouçları bu qurum tərəfindən müəyyən edilmiş “Etik qaydalar” Kodeksi əsasında fəaliyyət göstərirlər və Kodeksi pozan şəxslərin kouç ünvanlarının geri alınması da ICF-in səlahiyyətləri çərçivəsindədir. Buna görə də kouçinq xidməti almaq fikrinə gəlsəniz, bu xidmətləri sizə təklif edən şəxslərin və ya qurumların ICF təsdiqli sertifikatlarını mütləq tələb edin.

© ALPHA 2017

Materialdan istifadə zamanı bu məqalənin müəllifi ALPHA Coaching & Consulting şirkətinə istinad vacibdir.

 

Əlaqədar məqalə

Kouçinq nədir?

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.