coaching.az |

Kouçinq – səmərəli inkişaf yoludur

Əməkdaşlarımızın məhsuldarlığını artırmaq üçün iş yerində kiçik “hiylələri” və “həyat xilasetə üsulları”nı (lifehacks) unudun. Culiya Milner ilə birlikdə etdiyimiz araşdırmalar göstərir ki, rəhbərlər öz işçilərindən yüksək məhsuldarlıq gözləyirlərsə, onların kouçu olmalıdırlar.

Kouçluq bir çox mənanı ifadə edə bilər: ən sadə formada əməkdaşları dinləməkdən başlayaraq, onlara öz şəxsi hədəflərini təyin etməkdə, yaxud şirkətin biznes məqsədlərini anlamaqda yardımçı olmaq kimi nüanslar bura daxildir. Əməkdaşlarımız biznes məqsədlərimizi mənimsəyərsə, o zaman əlaqədar qərarları özləri verə bilərlər və nəsə etmək üçün kiminsə göstəriş verməsini gözləməz.

Əməkdaşların fikirləri dinlənildiyi zaman onlar özlərini daha dəyərli və güclü hiss edirlər. Eyni zamanda, vacib hesab edərək yerinə yetirdikləri işlər və atdıqları addımlara görə daha çox sahiblik və məsuliyyət hissi daşıyırlar. Araşdırmamız zamanı rəhbərlərdən biri bunu vurğulamışdı: “İnsanlara əmr vermək əvəzinə onlara kouçluq etsəniz, demək olar ki, həmişə onların ürəyini və ağlını fəth edəcək və beləliklə, sadiqlik, etibar və  güvən qazanacaqsınız”.

Bir lider üçün ən yaxşı mükafat öz heyətinin inkişafı və təkmilləşməsini görməkdir. Kouçinq buna nail olmağın ən işgüzar (praktiki) yoludur.

Araşdırmalarımız göstərir ki, idarəçilik yönəlik kouçinq məhsuldarlıq, öhdəçilik, məsuliyyət və müştəri xidmətlərinin inkişafının bələdçisidir. İdarəçilərdən biri qeyd edir ki, kouçinq 12 ay ərzində mənfəətin 35%-dən 100%-ə artmasına səbəb olmuşdur. Şirkətlərin biri idarəçilər üçün kouçinq təqdim etməklə, öz müştəri xidmətlərinin keyfiyyətinin 5 ay ərzində 450% -ə qədər yüksəldiyini açıqlayır.

Kouçinq həmçinin nailiyyəti kölgədə qalan əməkdaşlarını “ulduzlar”a çevrilməsinə da kömək edir. Məsələn, “özünəinam bacarığı az olan” kimi təsvir edilən əməkdaşlardan biri özünə-inamını yeni təyinat almaq üçün müraciət edəcək qədər inkişaf etdirmiş və yüksək effektivli menecerə çevrilmişdir. Kouçinq əməkdaşlara həll yollarını müəyyən etmək üçün ehtiyac yarandıqda tövsiyə və peşəkarlıq təklif etməklə də yardımçı olur.

Kouçinq təcrübədə

Kouçinq inkişaf yollarını birlikdə tapmaq üçün iki və daha artıq şəxs arasındakı fikir mübadiləsi – söhbətdir. İştirakçılar indiki vəziyyəti ortaya qoyur, məqsədlər üzərində razılıq əldə edir və  seçimləri, məqsədə doğru birgə addımlamaq üçün icra planlarını müəyyən edirlər.

Təcrübədə, kouçinq zamanı idarəçilərin etdiyi aşağıdakı 4 məqamla rastlaşırıq:

  • Əməkdaşlarını həqiqətən dinləyir, onlara səsli düşünməyə icazə verir və ideyalarını ortaya qoymağa şərait yaradırlar;
  • Əməkdaşların düşünmə prosesini inkişaf etdirəcək suallar verirlər. Əgər əməkdaş problemi müəyyən edirsə, menecer hansı həllər barədə düşündüyünü soruşa bilər.
  • Məqsədlər qoymaq üçün əməkdaşları ilə birlikdə çalışırlar. Formal olaraq, bu, işi yerinə yetirməsini göstərən kağıza işarə (quş) qoymaq əvəzinə, ruhlandırıcı dialoqlar qurur.
  • Əməkdaşların şirkət hədəfləri ilə uyğun mühitdə olması və peşəkar inkişafı üçün faydalı geri bildirişlər, rəylər (feedback) verir.

Tədqiqata qoşulan 580 baş direktor və insan resursları idarəçilərinin böyük əksəriyyəti öz əməkdaşları ilə həftədə ən azı bir dəfə kouçinq etdiklərini qeyd ediblər.

Tədqiqatımıza qoşulan şirkətlər isə, əməkdaşların gözləntilərini müəyyən etmək üçün rüblük, inkişafı təqib etmək və nəzərdən keçirmək üçün aylıq, yeni işçiləri, yaxud işçilərin yeni vəzifəyə adaptasiyası üçün isə həftəlik kouçinq proqramları təşkil etdiklərini bildirmişlər. Cədvəldən kənar kouçinqlər isə, məsələn hər hansı bir hadisə müzakirə edilərkən, idarəçinin digər yanaşmaları müşahidə və müəyyən etməsi zamanı baş verə bilir. Əməkdaş alternativ həlləri seçməklə, vəziyyətə hakim olma öhdəliyini də götürə bilir.

Təbii ki, idarəçilik kouçinqinin tətbiqindən danışmaq onu həyata keçirməkdən daha asandır.  Kouçinq təlimlərinin çoxunda bir kouç kimi menecerlərin bu mürəkkəb vəzifə təlimatlarına istinad edilmir.

Məsələn, bir işçinin normalda öz idarəçisinə deməməli olduğu sözləri rahatlıqla deyirsə, bu halda idarəçi nə etməlidir? Bu cür vəziyyətin öhdəsindən gəlmək üçün nələrin məxfi saxlanıb-saxlanılmaması barədə dürüst və açıq olmaq tələb olunur.

İdarəçilər eyni zamanda kouçinqə vaxt ayırmağa çətinlik çəkə bilərlər. Lakin, kouçinqə vaxt ayırmaqla, onlar əməkdaşların xırda məsələlərdə məsləhətləşmək üçün etdikləri müraciət sayını azalda bilərlər. Bununla da uzunmüddətli baxış bucağından baxarsaq, xeyli vaxta qənaət edərək, stratejik düşünmə üçün daha çox boş vaxt qazanmış olarlar.

Tədqiqata qoşulan menecerlərin öz rollarında oturuşmuş əməkdaşlarla müqayisədə yeni işçilərə, yaxud yeni vəzifəyə keçirilənlərə kouçinq üçün daha çox vaxt ayırdığı müşahidə edilmişdir. Eyni zamanda onlar kouçinq üçün düzgün vaxtın seçilməsini də məsləhət görürlər, məsələn, sessiyalara böhranın ortasında başlamamaq.

Çox güman ki, siz həmçinin “idarəçilərə yönəlik kouçinq” və kouçlar barəsində eşitmişiniz. Bu insanlar daha çox konsultantlara bənzəyirlər, hansı ki, liderlik üslubunun necə təkmilləşdirilməsi, ideyaların icrası üçün necə davranma, yaxud iş-həyat balansını necə idarə etmək barədə rəhbərlərlə təkbətək işləyirlər.

Lakin, araşdırmamızın da göstərdirdiyi kimi, kouçinqin kənardan gətirilən kouçlarla edilməsi barədə məhdudlaşdırmaya ehtiyac yoxdur, menecerlər özləri öz əməkdaşlarını kouçinq edə bilərlər.

Kouçinq sayəsində həm əməkdaşlar, həm menecerlər, həm də şirkət fantastik nəticələrə və mənfəətə çata bilər. Araşdırmamıza qatılan menecerlərdən biri qeyd edir:

“Öz rəhbərinə və şirkətinə onlar üçün zaman ayıraraq kouçinqə investisiya qoyduğuna ürəkdən inanan heyət təbii olaraq, işləyərkən daha pozitiv və xoşbəxt olur. Onlar möhtəşəm komandanın oyunçularıdırlar. Onların bacarıqları təkmilləşir və vəzifədə irəli çəkilirlər.

Bu istiqamətdə ən vacib məqamlardan biri də müştərilərinizlə necə davranma tərzinizdir. Öz əməkdaşlarınıza yaxşı davranın və əmin olun ki, onlar da sizin müştərilərinizlə yaxşı davranacaq. Beləliklə, biznesinizdəki çiçəklənmənin şahidi olacaqsınız.”

Əgər menecerlər haradan başlamaq lazım olduğunu bilmirsə, əməkdaşlarının fikirlərini, dediklərini dinləməkdən başlaya bilərlər. O zaman, heyəti nə qədər yaxşı tanıdıqlarının fərqində olacaq və əməkdaşların onları dinlədiyi üçün öz menecerlərinə necə dəyər verdiklərinə təəccüb edəcəklər.

Müəllif: Grace McCarthy | Wollongong Universiteti
Tərcümə etdi: Lalə Rəsulova | ALPHA Coaching & Consulting

© 2017 · coaching.az ·

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.