Ömür yolumuz qısa, bu yoldakı səyahətimiz sürətlidir. Dünəni xatırlayanda bu günə necə və nə zaman gəldiyinə heyrət edir insan. Sabah isə bu heyrətin yerini məyusluq alacaq.
Ömür sonsuz olsaydı və sahib olduqlarımız əbədiyyən bizə qalsaydı, dünya malı, şan-şöhrət və vəzifə üçün xüsusi canfəşanlıq etməyin bəlkə də bir mənası olardı. Ancaq, ömür səyahətimizə təyin olunan vaxt məhduddur və son mənzil qaçılmazdır. Buna görə də bu qısa səfərdə bizə qalmayacaqların hamballığına deyil, mənalı bir həyat yaşamağa can atmalıyıq.
Sahibi olduğuna inandığı şeylərin ağır yükü ömür səyahətinə mane olmamalıdır insanın və o, keçdiyi, ayaq basdığı mənzərələrə gözucu baxmamalıdır. Həyat gözucu yaşanmaz.
Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi
Qısa, amma əhatəli yazınız üçün təşəkkürlər Elçin müəllim. Günə çox pozitiv başlayacam sayənizdə.
Yazan barmaqlarınıza, düşünən beyninizə və o gözəl qəlbinizə Uca Allah bərəkət versin.
Təşəkkür edirəm, Faiq bəy.