coaching.az |

Google-dan sizə məktub var!

2015-ci ilin avqust ayında bir dostum Google şirkətində işləmək üçün məhsul meneceri (MM) vəzifəsinə müraciət etdi. Müraciət ilkin baxışdan keçirildikdən sonra o, işəgötürəndən bir e-mail aldı. Məktubda baş məhsul meneceri tərəfindən ediləcək telefon müsahibəsi zamanı onu nələrin gözlədiyi barədə məsləhətlər yazılmışdı.

O, bu barədə mənə deyəndə əvvəlcə inanmadım. Mən recruiter (işə qəbul mütəxəssisi) kimi çalışdığım zaman heç vaxt işəgötürənin namizədin qayğısına şirkətdən daha çox qaldığını hiss etdirən məktub göndərdiyinin şahidi olmamışdım.

Amma bu bir ilk idi. Recruiter namizədlə müsahibə zamanı onu hansı növ sualların gözlədiyini və oxunması məsləhət görülən saytlar  və bloqlar da daxil olmaqla necə hazırlaşmaq lazım olduğu barədə qeydlərini bölüşmüşdü.

Yanaşma həqiqətən təsirli idi. İşəgötürənin məqsədi namizəd və işə götürüləcək menecer – bu iki insanın xüsusiyyətlərinin bir nəfərdə cəmləndiyinə, vəzifəyə son dərəcə uyğun olduğuna əmin olmaq idi.

Belə halda, işəgötürən namizədin uğur qazanması üçün əlindən gələn hər şeyi edir və əgər namizəd uğurlu olarsa, nəticə etibarilə bu, şirkətin qazancıdır.

Bu, sadəcə bir nümunədir və biz deyə bilmərik ki, bütün Google işəgötürənləri vakansiya üçün hər müraciət edənə buna bənzər məktub göndərirlər. Amma bu, hər sahədə olan işəgötürənlərdən gözlədiyimiz lütfkar bir davranışdır. Düzdür, həmin namizəd iş təklifi almadı, lakin hansı növ iş axtarmağınızdan asılı olmayaraq,  onun aldığı faydalı e-maili birlikdə nəzərdən keçirməyə dəyər. Müraciət anketinin 4-5 dəfə yenilənməsini xahiş etdikdən sonra, 45 dəqiqəlik telefon müsahibəsi baş tutdu. İndi isə məktubla tanış olaq:

Məhsul meneceri vəzifəsi haqqında

Ümumilikdə, məhsul menecerimiz istifadəçilərə həqiqi faydası dəyən və eyni zamanda yaxşı biznes mənfəəti vəd edən yeni məhsullar yaradır və ya hazır məhsullara yeni xüsusiyyətlər gətirir. Onlar məhsullarımızın baş direktoru kimi davranır, liderlik təşəbbüslərini işə salaraq, komandası ilə birlikdə Google-ın növbəti möhtəşəm tətbiqlərini konseptləşdirir, yaradır və təqdim edir. Məhsul menecerlərimizin sahibkarlıq mədəniyyətimizin həyəcanverici və meydan oxuyucu olduğunu deyirlər, çünki onlar “bir məhsulu necə uzun müddət bazarda saxlaya bilərik” düşüncəsi ilə narahatlıq keçirmir, əksinə daim yeni məhsul ideyası və strategiyaları hazırlamağa fokuslanırlar.

İştehlakçı, mobil, tətbiqlər, sahibkarlıq və infrastruktur və digər sahələrdəki məhsullarımızın təkmilləşdirilməsi üçün hələ də əlverişli imkanlar mövcuddur. Qısaca, bizim aqnostik müsahibə prosesimiz var, məqsədimiz yaxşı təcrübəsi olan və eyni zamanda təkmilləşməkdə olan məhsullarımıza ayaq uydura bilən məhsul meneceri işə götürməkdie. Bununla biz menecerlərimizin layihələr üzrə komandamız üçün paylaşdırılmış, yekdil təcrübəli və daim gümrah qalmasını təmin edirik. Xülasə, spesifik bir məhsuldansa, çoxsayılı məhsullarla işləmək iqtidarında olan menecer arzusundayıq. Buna görə, intervü zamanı məhsullarımızdan hər hansı biri üzərində işləyərək, nümunə göstərəcəksiniz. Sonda isə biznes ehtiyacımıza uyğun layihələri müəyyən etmək üçün sizin maraqlarınızı, iş və təhsil keçmişinizi öz liderlik nöqteyi nəzərimizdən incələyəcəyik.

Gözləntilərimiz

Google Məhsul Meneceri (GMM) vəzifəsinin müsahibə mərhələsi 5 (beş) komponentdən ibarətdir.

Məhsulun dizaynı. GMM istifadəçilərə öncəlik verir. Onlar ən yaxşı istifadəçi təcrübəsini təqdim etməyə ciddi cəhd göstərir. Bu, istehlakçılara yönəlik empatiya ilə başlayır və məhsula şövq qatılması daxil ən kiçik detallara qədər hər şey diqqətə alınır. Dizaynerə ideya vermək üçün onlar üçölçülü layihələr hazırlaya bilər. Nümunə suallar:

  • Google Map (xəritə) tətbiqini necə təkmilləşdirmək olar?
  • Gmail yaddaş ölçüsünü necə azalda bilərik?
  • Restoran axtarışını necə təkmilləşdirə bilərsən?
  • Sənin ən sevimli Google məhsulun nədir? Bu məhsulda nəyi bəyənir və ya bəyənmirsən?
  • Google üçün növbəti cəlbedici özəllik yaratsaydınız, o nə olardı?
  • Siz Google spam komandasının üzvüsünüz. Dublikat veb-saytları necə müəyyən edərdiniz?

Analitik. GMM rəqəmlərlə mükəmməl işləməyi bacarır. Onlar düzgün ölçüləri müəyyən edir. A/B test nəticələrini şərh edir və əlaqədar qərarı qəbul edir. Onlar işə girişməkdən çəkinmir. Bəzən SQL sorğuları yazır, bəzən gündəlik məlumat bazasından skriptlər hazırlayırlar. Analizlərini qətiyyətli şəkildə çatdırmaq üçün fikirlərini ortaya qoyur. Analitik suallara bir neçə nümunə:

  • Hər saniyədə Gmail neçə sorğu qəbul edir?
  • Hər il ABŞ-da neçə iPhone satılır?
  • Google Glass-ın “Müəssisə versiyasının” GMM-i olsaydınız, hansı ölçüləri izləyərdiniz? Məhsulun uğurlu olduğunu necə müəyyən edərsiniz?

Şirkətə uyğunluq. GMM-lər növbəti gözqamaşdıran ideyaları xəyal edirlər. Onlar səmərəli idarəedicilər və təsiredicilərdir. Onların icra üçün öz planları var və işləri rahatlıqla həll edərlər. Əgər GMM digər bir yerdə işləyirsə, çox güman ki, o öz şirkətinin CEO-sudur. Şirkətə uyğunluq üçün nümunə suallar:

  • Niyə Google?
  • Niyə Məhsul Meneceri vəzifəsi?

Texniki. GMM məhsul təkmilləşdirmə komandasını idarə edir. Effektiv idarəetmə üçün, onların mühəndislər üzərində nüfuz və etibarı olmalıdır. Müsahibənin son mərhələsində  mühəndislik bölməsinin rəhbəri sizin texniki bacarıqlarınızı yoxlayacaq.  Kodlaşdırma ilə əlaqədar açıq suallara hazır olun. Məsələn:

  • Görüşlərin toqquşduğunu aşkarlayan alqoritm yazın.

Strategiya. GMM-lər həmçinin biznes liderlərdir. Yəni, onlar bizneslə əlaqədar məsələlərdən də agah olmalıdırlar. Vacib deyil ki, GMM-in biznesdə təcrübəsi olsun və ya formal biznes təlimlərdə iştirak etmiş olsun. Bununla belə, biznes intuisiyası və sürətli mühakimə qabiliyyətinin olması yüksək qiymətləndirilir. Müsahibə suallarına misal olaraq:

  • Əgər Siz Google-ın CEO-su olsaydınız, Microsoft şirkətinə görə narahatlıq keçirərdinizmi?
  • Google StubHub-a (dünyada bilet satışı üzrə məşhur sayt) rəqib kimi nələrsə təklif etməlidirmi? Etməlidirsə, o zaman idman, konsert və teatr biletlərini necə satarsınız?

Həmçinin müəyyən situasiyadan çıxmaq üçün nəzərdə tutulan müsahibə suallarına da hazır olun. Məsələn, Mühəndislərə xüsusi özəlliklər yaratmaq üçün təsir edə biləcəyiniz vaxtın nə vaxt olduğunu deyin. GMM-i müsahibə edənlər son vaxtlarda bu cür sualların prosesdə əhəmiyyətli rol oynadığını vurğulayırlar.

Bəs sizi nələr gözləmir?

Məntiqi məsələlərin həll edilməsi kimi tapşırıqlardan son dövrlərdə nadir hallarda istifadə olunur. İnsan Resursları departamenti məntiqi tapşırıqların həll edilməsi ilə performans arasında əlaqənin aşağı səviyyədə olduğunu ortaya çıxarıb. Bu cür suallara aşağıdakılar daxildir:

  • İki zər atılarkən, ikincinin sayının 1-dən çox olma ehtimalı neçəyə bərabərdir?
  • Kağız və ya hesablayıcıdan istifadə etmədən 27×27-ni hesablayın.

Bununla yanaşı hipotetik suallar istisna edilmir. Hipotetik suallar işlə əlaqəli vəziyyətləri təsvir edən suallardır. (məntiqi tapşırıqların isə işlə əlaqəsi yoxdur.). Hipotetik suallara misal olaraq:

  • USDA-dan götürülmüş məlumatların, Google Nutrition-da göstərməsini təmin edən alqoritmi necə hazırlayarsan? (USDA – ABŞ-ın kənd təssərüfatı departamentidir, əlaqədar sahədə qanunların təklifi və təkmilləşməsində məsuliyyət daşıyır. Google Nutrition – qidalanma cədvəlinizi güdən xüsusi proqramdır).

Necə hazırlaşmalı?

Aşağıda müsahibəyə hazırlaşmaq üçün məsləhət gördüyüm mənbələr qeyd edilib.

Texnologiya əlaqədar bloqları nəzərdən keçirin, məsələn Stratechery.

Məhsul dizaynı. Konstruksiyalardan istifadə edərək, öndə gedən dizayn müzakirələrini təcrübə edin. (Konstruksiyaya ehtiyacın var? CIRCLE metodunu sınayın: http://qr.ae/i6kRM). Mövcud istifadə edilmiş keyslərlə başlayın. Keysləri və beyin fırtınası zamanı əldə etdiyiniz həlləri tətbiq edərək prioritetləri müəyyən edin. Bəzi namizədlərin səhvi odur ki, onlar birbəbir rəqiblərin tətbiqləri ilə eyni olan həllər təklif edir. Münsiflər sizin yaradıcılığınızı, gözqamaşdıran ideyalarınızı yüksək qiymətləndirirlər.  Onları qeyri-adi, analoqu olmayan fikirlərinizlə təəccübləndirin.  Ağ lövhə üzərinə üçölçülü təsvirlər çəkmək, izah etmənizə yardımçı olar. Təcrübədən keçirmək üçün “Balsamiq” kimi tətbiqi endirib, istifadə edə bilərsiniz. Həmçinin sizi ilhamlandırması üçün məşhur mobil və web dizaynlarının ştixlərini araşdırın.

Texniki. Telefon müsahibəsi üçün kodlaşdırma sualları o qədər də uyğun deyil. Lakin üzbəüz müsahibəyə dəvət olunsanız, proqramlaşdırma suallarına da hazır olmalısınız. Texniki yönümlü sualları verməklə, sizin proqramlaşdırmada mükəmməl olduğunuzun gözlənildiyi anlamını vermir. Bununla yanaşı texniki müzakirələrdə iştirak etmək, əlaqədar ticarət trendlərini izləmək üçün texniki konsepsiyaları yaxşı bilməyiniz vacibdir. Məsləhət görərdim ki, kompüter elmlərinin fundamenti və bir neçə kodlaşdırma suallarına diqqət yetirəsiniz. Bu istiqamətdə ən sevdiyim mənbələrdən biri “Proqram mühəndisliyi müsahibəsində necə xal qazanmaq olar” məqaləsidir. Həmçinin axtarış mexanizmləri, öyrənmə maşınları, MapReduce (xəritə məlumatlarını çeşidləyərək, tapşırıqları azaldır) kimi əsas texnologiyalar haqqında izahata da hazır olun.

Analitik. “Hər saniyədə Gmail neçə sorğu qəbul edir?” kimi suallara hazırlaşın və nəticələrin təzahürü də daxil olmaqla, məhsulun başlanğıc ölçüləri və A/B testi barədə yaxşı məlumatlar əldə edin.

Strategiya. Fundamental struktur strategiya müzakirələri ilə bu mərhələyə hazırlaşın. Əgər strategiya və fundamental biliklərə sahib deyilsinizsə, “Porter’s Five Forces” hazırlıq üçün yaxşı başlanğıc olar.

Təşkilati uyğunluq. Google şirkətinin fəlsəfəsini oxuyaraq Google-da işləməyin nə demək olduğunu dərk edin. Google-ın Android dizayn prinsiplərini nəzərdən keçirin. İstəyinizə uyğun olaraq aşağıdakıları da oxuya bilərsiniz:

  • Google-un vizual aktiv müddəaları və Steven Levy-nin 2007-ci il (lakin hələ də faydalıdır) Google APM proqramında məqaləsi, və ya
  • Daha dərin perspektivdən məlumat üçün (və ən son dərc edilən) Steven Levy-nin “Plex-də: Google bizim həyatımızı necə düşünür, bu istiqamət üzrə necə işləyir və onu necə formalaşdırır”

 

Müəllif: Sujay Maheshwari | Business Insider
Tərcümə: Lalə Rəsulova | coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.