coaching.az |

Gələcəyin liderlərində axtarılan 7 səciyyəvi cəhət

Son tədqiqatlar qlobal miqyasda ciddi şəkildə liderlik çatışmazlığı yaşandığını təsdiq etdi. Şirkətlərin 85%-i bildirdi ki, əməkdaşlarının liderlik potensiallarının inkişaf etdirilməsinə təcili surətdə ehtiyac var.

Bu, bir həyəcan siqnalı idi. Çünki, əvvəlki nəslin demək olar hamısı təqaüdə çıxmış və yeni minilliyin nümayəndələri artıq idarəçiliyin başına keçmişdi. Bugünkü şirkətlər isə, yeni nəslin liderlik tələblərinə cavab verməyə hazır deyildilər.

Digər tərəfdən, yüksək ranqlı liderlər və insan resursları mütəxəssisləri liderlik bacarıqlarının təkmilləşdirilməsini sadəcə güc və nəzarət elementlərinin artırılmasında görürdülər. Eyni zamanda, müasir iqtisadi münasibətlər dövründə insanlar etimad, şəffaflıq və əlaçatanlığın emosional dövriyyəsini komanda və biznes mənfəətinin təkanverici amili olduğunu dərk edirdi. (Yeni minilliyin yüksək potensiallı liderlərindən hansı növ liderlik davranışlarını izlədiklərini soruşun).

Öz növbəmizdə biz də gələcəyin potensial liderlərini yüksək səviyyəli rollara hazırlamaqda vacib olan kriteriyaların nələr olduğunu müəyyənləşdirmək qərarına gəldik. Beləliklə, həm qüsursuz iş münasibətləri, həm də biznes nəticələrini bərabər şəkildə balanslaşdırmaq üçün onlarda aşağıdakı əsas keyfiyyətləri axtarmalısınız:

  1. Mükəmməl dinləmə qabiliyyəti

Təsirli ünsiyyət sadəcə yaxşı nitq söyləməkdən ibarət deyil. Gələcəyin liderləri və yüksək istedad sahibləri aktiv dinləmə bacarığına sahib olmalıdırlar.

Bəs sizcə necə? Siz yaxşı, yoxsa pis dinləyicisiniz? İcazə verin, bir neçə saniyə içərisində bunu müəyyənləşdirək. İndi isə dürüst olun…

  • Partnyorunuz danışkən onun sözünü kəsmək kimi pis vərdişinizi tərgitmək üçün özünü tənbehi nə dərəcədə tez-tez edirsiniz?
  • Kiminsə cümləsini ondan daha tez bitirməyə cəhd edirsinizmi?

Aktiv dinləmə diqqət yayındırmadan fikirlərini doğru məqamda bildirməkdir. Yəni, qarşındakı insanın danışdıqlarını hiss edərək dinləyir, ona suallar verir, ehtiyaclarını dərk edərək daha dərin, mənalı söhbətlərə can atırsınız. Gələcəyin liderləri bütün maneələri aradan qaldırmaq, digərlərinin uğurlu olmasına kömək etmək üçün yüksək səviyyədə dinləmə bacarığına sahib olmalıdır.

  1. Dərhal etimad qazanma

“Etimadın sürəti” kitabında Stefan Kovi qeyd edir ki, yüksək etibar olan komanda arzuolunan nəticələrə daha tez vaxta və daha az xərclə nail olmaq olur.

Konservativ düşüncə sahibləri ilk olaraq işçinin etibar qazanmasının vacib olduğunu söyləsələr də, S. Kovi sağlam təməlli şirkətlərdə liderlərin öz davamçılarına etibar etməsini və hətta bu etibarı qazanmadan əvvəl onları mükafatlandırmasının vacibliyini qeyd etmişdir.

  1. Başqalarını inkişaf etdirmə

Gələcəyin liderləri kouçinq, mentorluq və digərlərinin daha təkmil olmasında maraqlı olduqlarını nümayiş etdirməlidirlər. Bu, onlarda görülməsi arzu olunan vacib bir məqamdır – şirkətdə istedadların inkişafında maraqlı olan zehniyyətin formalaşdırılması. Belə rəhbərlər digərlərinə faydalı geri bildiriş (feedback) etməyə zaman ayırır.  Onlar digərlərinə məqsədlərinə çatmağa fürsət yaradır, insanların ən yaxşı bacarıqlarını üzə çıxarır və onların inkişafına kömək edirlər.

  1. Fərqliliyə istiqamətləndirmə

Yüksək potensiallılar yüksək nailiyyətlər əldə edənlərdən ibarət deyil.  Onlar uğura istiqamətləndirilir. Onlar daha artıq yol qət edir və bu fədakarlığın onlara nələr qazandıracağını təxmin edirlər. Yol ayrıcına gəldikdə öz dəyərlərini və inanclarını təhlükəyə atmadan doğru seçimlər və əvvəlkindən daha ambisiyalı qərarlar qəbul edərlər.

  1. İnadkarlıq

Əgər şirkət bürokratik qaydalarla idarə olunursa, bu bəndi görməzdən gəlin. İnadkarlar mövcud vəziyyətin əksinə olaraq düşünən və qeyri-konservativ tərzdə hərəkət edən sahibkar düşüncəli insanlardır. Onların ən cəsarətli nümayəndəsi Carey Smith deyir:

“Biz daim stereotipləri qıran yeni ideyalar, kanallar, məhsul konsepsiyaları axtarışındayıq. Məncə sahibkarlıq sözünün izahı məhz budur – kiminsə və ya bir qrup insanın davamlı olaraq yeni və ya fərqli cığırla getmə cəhdi. Təşəbbüsü ələ alan və ya kreativ bir insanı işə götürdükdə, ona müəyyən fürsətlər yaratdıqda, özün üçün yeni sahibkarlıq qapısı açmış olursan.”

  1. Qarşılıqlı faydalı ünsiyyət

Son tədqiqatlar zamanı 1000 nəfər işçi heyətinin cəlb edildiyi sorğu-anketi 91% işçinin öz rəhbərinin ünsiyyət problemi olduğunu düşündüyü ortaya çıxdı. Bu, xəbərdarlıq siqnalıdır.

İdarəetmə səlahiyyətli vəzifə sahibləri üçün təsirli və güclü ünsiyyət bacarığı çox əhəmiyyətlidir. Ünsiyyətcil biri nitq söyləyərkən, insanlar onu dinləyir və dediklərinə əməl edirlər. Təsir edə bilmə də elə budur.

Danışarkən reallığı və mötəbərliyini nümayiş etdirən, konstruktiv müsbət və mənfi geri bildiriş verən, ideya və strategiyalarını aydın şəkildə izah edən yüksək potensiallı lider axtarın. Onlar kəskin dürüstlüklə ünsiyyət qurur və digərlərinə münasibətdə etibar qazanmağa niyyətlidirlər.

  1. Empatiya və emosional zəka nişanələri

Əsl lider başqalarına kömək edir? Başqalarını özlərindən əvvələ qoyurlarmı? Başqalarına nüfuz qazandırırlar? Əməkdaşlarla münasibətləri yaxşılaşdırmaq və bir-birlərinə təsir göstərmək üçün zaman ayırırmı? Bəs o “komanda üçün” çalışır?

Əgər bu suallara cavablar istisnasız “hə”dirsə, emosional zəkaya sahib fədakar bir rəhbəriniz var deməkdir. O əsl liderlik kürsüsünə uyğun biridir – insanları anlayan və şirkətin mənfəəti üçün kollektivə təkan verən və əlaqələri möhkəmlədən biridir.

Müəllif: Marcel Schwantes | Leadership from the Core təşkilatının qurucusu
Tərcümə: Lalə Rəsulova | coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.