coaching.az |

Düzgün suallar verdiyinizdən əminsiniz?

16 ildir kouçinqlə məşğulam və konsultasiyalar aparıram. Bu müddət ərzində həm çalışdığı təşkilatlarda, həm də şəxsi həyatında dəyişiklik etməyə çalışan, özünü və başqalarını daha çox uğura, hüzura və mənalı həyata aparmağa cəhd edən çox sayda liderlə çalışma şansım oldu. Bundan daha uzun müddət boyunca isə özümün və şəxsi inkişafımın üzərində çalışıram. Bu yolda –  yəni, özünü tanıma, reallaşdırma və özüm olma yolunda öyrəndiyin ən vacib şey nədir deyə sualını özümə verdiyim zaman,  içində olduğum daxili və xarici şərtlərin tam fərqində olmanı və bunu təmin edəcək diqqətin olduğunu görürəm.

Anlayıram ki, bu fərqində olmanı və diqqəti dəstəkləyən, onları itirdiyim zaman yenidən məni bədənimə, qəlbimə, zehnimə və içində olduğum mühitə qaytaran aşağıdakı 7 əsas sual mövcuddur.

  1. Mən kiməm? Həqiqətən və dərindən düşündüyüm zaman, mən kiməm? Mən bədənəm, yoxsa zehnimdə dolaşan, məni ora-bura atan düşüncələrəm? Bəlkə, mən gedib-gələn və çox vaxt işgəncə verən duyğularam? Mən bəzi insanların üzərimə yapışdırdığı, bəzilərini də öz istəyimlə aldığım rollar ola bilərəmmi? Mən uşaqlığımdan bu günə qədər həssaslıqla topladığım travmalarımdan yaranan və əsas məqsədi acı hiss etməkdən uzaqlaşmaq olan eqoyam? Mən öz uğurlarımam? Mən öz keçmişiməm? Mən dini və ruhani təlimlərdən öyrəndiyim, fikir olaraq xoşuma gedən, fəqət birbaşa təcrübəm olmayan şeylərəm? Bəlkə, mən öz münasibətləriməm? Mən həqiqətən də kiməm və nəyəm? Bəs bu sualları soruşan və onların üzərində düşünən kimdir və ya nədir?

Çünki, əgər kimliyim ilə əlaqədar düşüncə qarışıqlığı və daxili münaqişələrin içində itmişəmsə və özümü olmadığım bir şey olaraq görmə səhvi və ya ehtiyacı içərisindəyəmsə, məni yolumdan çıxmamağımı təmin edəcək heç nə olmaz.

  1. Qəlbimin ən dərin arzusu və öhdəiliyi nədir? Nə və ya nələr mənə ən dərindən təsir edir? Çevrəmdə nələrin yarandığını gördüyüm zaman qəlbim xoşbəxt olur, həyəcanlanır, hüzur tapır? Müvəqqəti olan bütün o duyğuları, bütün kaprizləri, acgözlüyü və bütün qorxularımı bir tərəfə atdığım zaman, dərinliklərdə sakit olan və müşahidə edən qəlbim, əslində nə istəyir? Həyatımı hansı dərin öhdəliklərimin üzərində qursam, qəlbim hüzuru və xoşbəxtliyi tapacaq?

Çünkü, əgər dərin qəlbimin öhdəliyi ilə təmas halında olmasam, davamlı şəkildə dəyişən və kənar şərtlər tərəfindən formalaşan düşüncələrimin, bu düşüncələr və şərtlər tərəfindən körüklənən duyğularımın, real olmayan arzularımın əsiri olacaq və hərəkətli hədəflərin arxasınca qaçacağam. Əldə etdiklərimdən aldığım dad keçi buynuzunun dadını verəcək, qısamüddətli olacaq və bu dadlar axtardığım mənanı verməyəcək.

  1. Nə hədiyyə vermək istəyirəm? Mən nə yaratmaq istəyirəm? Vizyonum nədir? Getmək və birlikdə olduğum insanları aparmaq istədiyim yer, hal, vəziyyət nədir? Mən bir mühitdə olduğum üçün, bir qrupun parçası olduğum üçün, bir ailənin fərdi, kimlərinsə valideyni, kiminsə həyat yoldaşı olduğum üçün nələr dəyişəcək? Varlığımın nələrə təsir etməsini istəyirəm? Keçdiyim yerlərdə yaxşılığa və gözəlliyə doğru, sülhə və hüzura doğru hər hansı dəyişiklik olacaqmı, yoxsa keçməyimin hər hansı təsiri olmayacaq? Bu təsirimin fərqindəyəm? Həqiqətən də, liderlik nöqteyi nəzərindən, qəlbinin ən dərin öhdəliklərinə əsaslanan Mənim hədiyyəm nədir?

Əgər varlığımla yoxluğum birdirsə – o varlığımla hər hansı bir fərq yarada bilməmişəmsə, bir töhfəm olmayıbsa, o zaman (yaşamağımın) nə mənası var? Victor Frankın da dediyi kimi, “ Bütün bunların mənası nədir deyə sual verdiyiniz zaman, sualın verildiyi şəxs – sizsiniz.” Bu töhfə və məna avtomatik olmayacaq. Siz, ilk iki sualı və cavablarını təfəkkür edib – qəlbinizlə düşünüb və beyninizlə hiss edərək, “mənim getmək istədiyim yer, yaratmaq istədiyim gələcəyin rəsmi budur” deyə müəyyən etməlisiniz. Daha sonra isə şüurlu bir şəkildə, fərqində olmaqla, diqqətinizi reallaşdırmaq istıədiyiniz bu vizyona fokuslayıb, konsentrasiyanızı burada tutmaq üçün səy göstərməlisiniz. Çünki, bir sonrakı sual bura çatmamaq üçün nə edəcəyinizlə əlaqədardır.

  1. Özümə nəcə mane olacağam? Hansı aclıqlarıma görə, özümdə rədd etdiyim hansı tərəflər ucbatından, hər dəfə toxunduğum zaman acıyan hansı yaralara görə, hansı cahilliklərimə görə kim olduğumu, qəlbimin öhdəliklərini və vermək istədiyim hədiyyəmi, vizyonumu, məqsədimi unudub, duyğularımın və beynimdəki düşüncələrin əsiri oluram?  Eqom və nəfsim məni necə yenidən əsir alır? Nələr məni ən çox hərəkətə keçirir və yolumdan çıxarır? Diqqətimi və fərqində olmağımı hansı cahilliyimə istiqamətləndirməliyəm ki, yıxılmayım. Yıxıldığım zaman isə yenidən yağa qalxa bilim.

Yola çıxmağa və nələrisə dəyişməyə başladığınız anda, indi içində olduğunuz vəziyyəti yaradan və təbii olaraq mövcut halını qorumaq istəyən hər şey istər-istəməz hərəkətə keçəcək. Onların pis niyyətləri yoxdur və sadəcə, sizi və özlərini qorumaq istəyirlər. Hamı dəyişiklik istəyir, ancaq heç kimsə dəyişmək istəmir. Əgər həqiqətən də A nöqtəsindən B nöqtəsinə getmək istəyirsinizsə, içinizdə doğacaq güclü duyğulara qarşı sayıq olmaq və onlardan xilas olmaq üçün indiyə qədər etdiyiniz yollardan fərqli yollar tapmalısınız. İçinizdəki bu duyğulara üstün gəlməyin yolunu tapmasanız, bir sonrakı sualda toxunduğumuz kənar şərtlər onlardan istifadə edərək, sizi sağa-sola tullayacaqdır. Bunun nəticəsində də konsentrasiya və diqqətinizin üzərindəki hakimiyyətinizi itirəcəksiniz. Bu vəziyyətdə diqqətiniz “mən kim olmaq istəyirəm, qəlbimin arzusu nədir və nə yaratmaq istəyirəm” suallarının cavabında deyil, duyğularınızın sizə diqtə etdiyi istiqamətdə olacaq və heç bir şey dəyişməyəcək. 

Robert Kegan “dəyişiklik üçün iki vacib sual var” deyirdi: “həqiqətən nə istəyirəm (ilk üç sualımız bununla əlaqədardır) və özümə necə mane olacağam?”. Bilsəm, idarə edə bilərəm.

  1. Haradayam və burada nələr baş verir? İçində olduğumu şərait, vəziyyət, mühit və şərtlər nələrdir? Bunlar necə işləyirlər? Bu mühit və şərtlər mənim maneələrimə necə təsir göstərəcəklər? Digər insanları necə hərəkətə gətirəcəklər? Burada olan şey niyə və necə olur? Bu sistemin işləmə dinamikları nələrdir? Burada kimlər var? Həqiqətən, burada nələr baş verir?

Ronald Heifetz deyir ki,  “Bütün liderlik səhvləri – diaqnoz qoyma səhvləridir”. İçində olduğumuz şərtləri və mühiti düzgün şəkildə qiymətləndirməzsək, müdaxilələrimiz də düzgün olmayacaq. İnsanların davranışlarının 80%-i içərilərində olduğu şərtlər tərəfindən müəyyən olunur və çox vaxt biz bu şərtlərin, sistemlərin insanların və bizim üzərimizdəki təsirlərindən tamamilə xəbərsiz şəkilədə diaqnozlarımızı qoyuruq. Bu vəziyyətdə də anlamadığımız şeyləri idarə edə bilmərik və dəyişə bilmərik. İçində olduğumuz sistemlər bizim daxilimizdəki emosional sistemlərlə (4-cü sual) əməkdaşqlıq edir, bizi və diqqətimizi istədiyimiz məqsdəddən uzaqlaşdırırlar. (ilk 3 sual)

  1. Ayıq qalmaq və qəlbimi açıq tutmaq üçün nə etməliyəm? Bütün bu daxili və xarici faktorlar, şərtlər, içimdəki qorxular, aclıqlar, ətrafımdakı insanların qorxuları və aclıqları əlbir şəkildə məni yuxlatmağa və yolumdan uzaqlaşdırmağa çalışarkən, tələlərdən necə qorunmalıyam? Sayıqlığımı necə qoruyacağam? Daxilimdəki və çölümdəki müqavimətləri hansı şəkildə şəxsiləşdirib, qəlbimi bağlamayacağam? Narahatlıq, qorxu, arzu, ehtiras və qəzəblərlə zehnimin şəffaflığının itməsi ehtimalına qarşı necə mübarizə aparacağam? Yıxıldığım zaman özümü necə ayağa qaldıracağam? Diqqətimin və konsentrasiyamın ağası necə olacağam?

Çünki, sayıq olmasam, daxilimdəki və xaricimdəki dünyanın indiyə qədər etdiklərini etməsinə icazə versəm, yeni eyni şeyləri edəcəyəm və eyni nəticələr alınacaq və eyni şəkildə yaşayacağam. Onun üçün oyaq qalmağın, fərqində olmağın və diqqətini cəmləşdirməyin yollarını tapmalıyam. Sayıqlığımı itirdiyim zaman yenidən oyanmanın yolunu tapmalıyam. Güclü bədən, açıq qəlb və şəffaf zəka inşa etməliyəm. Diqqətimin və fərqində olmağımın nəzarətini şərtlər nə olursa, olsun, əlimə almağın yolunu tapmalıyam.

  1. Mövcud şərtlərin içərisində necə hərəkət etməliyəm? İçində olduğum şərtlərdə, ilk üç suala verdiyim cavabların göstərdiyi istiqamətdə, indi ata biləcəyim ən yaxşı addım və həmlə nədir? Nə etsəm, liderliyimi itirib hədəf halına gələrəm? Özümü və digərlərini onların dözə biləcəyi səviyyədə necə hərəkətə keçirə bilərəm? Bu mühitdə mənə dəstək olacaq şəxslər kimlərdir? Yaradacığım dəyişiklikdən narahat olacaq və zərər görəcək insanlar varmı? Onlarla necə münasibət içərisində olmalıyam? Önümü kimsə və necəsə kəsməyə çalışırmı? Bütün bunları nəzərə alaraq necə hərəkət etməliyəm?

Çünki, liderlik insanları tolerans göstərə biləcəkləri səviyyədə narahat etmə sənətidir. Əgər, içində olduğunuz şərtlərin icazə verdiyindən sürətlə getməyə çalışsanız, insanlar öz bütünlüklərini qorumağa çalışacaqları üçün açıq və qapalı hücumlara uğraya bilərsiniz. Şüşə divarların varlığından xəbərsiz şəkildə gedən şəxs, o şüşə divarların yerini onunla toqquşduğu zaman öyrənir. Onun üçün stratejik davranmaq və məqsədinizə çatmaq üçün içində olduğunuz vəziyyət və şərtləri düzgün şəkildə qiymətləndirməlisiniz. Unutmayın, bir addım öndəsinizsə, lidersiniz. On addım öndəsinizsə, hədəf.

Bu sualları soruşduqdan sonra, insanın ağlına istər-istəməz Rielkenin o möhtəşəm şeiri gəlir:

Qəlbində həll olmadan qələn hər şey üçün səbrli ol və sualların özünü sevməyə çalış – qapısı bağlı otaqlar və əcnəbi dillərdə yazılmış kitablar kimi.

Cavabları indi axtarma; cavablar indi sənə verilməz, çünki sən hələ onlarla yaşaya bilməzsən.

Anlamlısan ki, hər şeyi yaşamaq lazımdır.

İndi sualları yaşa.

Bəlkə daha sonra, fərqinə belə varmadan, günlərin birində özünü cavabları yaşayarkən görəcəksən.

Rainer Maria Rilke

Müəllif: Dost Can Deniz | Master Certified Coach

MareFidelis və Gestalt Center For Coaching şirkətlərinin qurucusu

 

 

 

 

 

Məqalənin original variantını bu linkdən oxuya bilərsiniz.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.