İnsanın davranışları adətən bir-birinə bağlı olur.
Məsələn, Jenifer Li Dyukes adlı qadının halına nəzər salaq. Yetişkin vaxtlarında 40 yaşına qədər anası demədiyi və ya evə qonaq gəlmədiyi halda, Dyukes heç vaxt yatağını yığışdırmazdı.
Bir gun o, başqa bir yola baş vurmaq qərarına gəldi və nə qədər əhəmiyyətsiz görsənsə də, yatağını dörd gün dalbadal toplamağı bacardı. Bununla məhdud qalmayaraq, dördüncü günün səhərində yatağı düzəltdikdən sonra o, yataq otağındakı bir neçə paltarları qatladı, corablarını topladı.
Daha sonra o, mətbəxdə çirkli yemək qabalarını çanaqdan çıxararaq qabyuyan maşına yerləşdirdi, şkafdakı plastik qabları yenidən səliqəyə salıb, mərkəzinə bir dekorativ donuz fiquru yerləşdirdi.
O, sonraları bu etdiklərini belə izah etdi: “Yatağımı toplamağım kiçik ev işlərinində zəncirvari təkan oldu. Özümü böyümüş kimi hiss edirdim – xoşbəxt, qanunən yetişkin, yatağı yığılmış, təmiz çanaq, səliqəyə salınmış qablar və dəzgahın üzərində bir donuz fiquru. Özümü evdarlıq Bermuda üçbucağının enerji soran daxili xaosunun icindən möcüzəvi şəkildə çəkib çıxaran qadın kimi hiss etdim.
Jenifer Li Dyukes Domino effektini təcrübə edirdi.
Domino effekti
Domino effekti müəyyən edir ki, bir davranışa dəyişiklik etdiyiniz zaman zəncirvari reaksiyanı aktivləşdirəcəksiniz və müvafiq davranışlarda da dəyişiklik baş verəcək.
Məsələn, Northwestern Universitetindəki tədqiqatçılar 2012-ci ildə edilən bir araşdırmada kəşf etdilər ki, insanlar oturaraq istirahət etdikləri zamanı hər gün azaltdıqca, gündəlik yağ qəbul etmələri azalar. İştirakçılara daha az yağ qəbul etmələri xüsusi olaraq bildirilməmişdi, lakin onların bəslənmə vərdişləri təbii şəkildə düzəlməyə doğru gedirdi, çünki onlar şüursuz şəkildə yeməyə və kresloda oturub televizora baxmağa daha az vaxt sərf edirdilər. Bir vərdiş başqa birinə gətirib çıxardı, bir domino növbəti dominonu yerə yıxdı.
Öz həyatınızdakı oxşar hallara nəzər sala bilərsiniz. Fərdi bir nümunə olaraq, əgər mən idman zalına getməyi vərdiş halına gətirsəm, təbii ki, daha çox işə yönəldilmiş və gecə daha yaxşı yuxu yatmış olaram. Baxmayaraq ki, davranışlarımı düzəltmək üçün heç vaxt xüsusi bir plan hazırlamamışam.
Domino effekti mənfi vərdişlər üçün də aktualdır. Telefonunuzu yoxlamaq vərdişiniz sadə media mesajlarının klinklənməsi vərdişinə gətirib çıxara bilər ki, bu sosial medianı başdan-başa gözdən keçirmək adətini alar, bu da təxminən 20 dəqiqəmizin itməsinə səbəb olar.
Stanford Universitetinin professoru BJ Fogg deyir: Siz yalnız bir davranışı dəyişə bilməzsiniz. Bizim davranışlarımız bir-birinə bağlıdır, buna görə bir davranışı dəyişdirəndə, digər davranışlar da dəyişir”.
Domino effektinin daxili
Ən yaxşı halda desəm, Domino effekti 2 hala əsasən baş verir.
Birincisi, həyatımızı formalaşdıran vərdişlərimiz və rutinlərimizin bir çoxu bir-biri ilə əlaqədədir. Həyat sistemlərinin və insan davranışlarının arasında təəccüb yaradan qarşılıqlı əlaqə mövcuddur. Həyatda hər şeyin bir-birindən daxilən asılı olması, bir sahədə etdiyiniz seçimlərin başqa sahələrdə təəccüb doğuran nəticələr verməsinə əsas səbəbdir, planlar qursanız belə.
İkincisi, Domino Effekti insan davranışlarının başlıca prinsiplərinə əsaslanır: öhdəlik və tutarlılıq. Bu fenomen Robert Cialdininin mövzusu insan davranışları olan klassik “Təsir” adlı kitabında izah edilmişdir. Əsas ideya belədir ki, insanlar bir fikir və ya hədəfə çox kiçik şəkildə belə yönləndikləri və kökləndikləri halda, bu öhdəliyi mukafatlandırmaları daha gözlənilən haldır, çünki indi bu fikir və ya məqsədi özlərində canlandıraraq, öz imiclərinə uyğunlaşdırırlar.
Məqalənin başlanğlancındakı hekayəyə qayıtsaq, Jenifer Li Dyukes hər gün yatağını səliqəyə salmağa başladığı andan o əslində bu ideyaya kiçik bir addım atırdı “Mən təmiz və səliqəli evə sahib olan bir insanam.” Bir neçə gün sonra o, özündə bu yaratdığı yeni imici evin başqa yerlərinə də tətbiq etdi.
Bu, Domino effektinin maraqlı bir nəticəsidir. Bu, yalnız yeni davranışlar yaranmasında deyil, həmçinin şəxsi inanclarda da dəyişiklikləri özündə göstərir. Hər kiçik domino düşəndə, özünüz haqqınızda yeni şeylərə inanmağa və şəxsiyyətinizə əsasən yeni vərdişlər yaratmağa başlayırsınız.
Domino effektinin qaydaları
Domino effekti təkcə sizdə baş verənlər deyil, sizin yarada biləcəyiniz fenomendir. Yaxşı vərdişlərin zəncirvari reaksiyasını qığılcımlandırılması sizin gücünüz daxilindədir, yeni vərdişlərin qurulması təbii olaraq növbəti uğurlu vərdişə gətirib çıxarır.
Bunun həyatda reallaşması üçün 3 əsas yol var. Domino effektinin 3 qaydası:
- Sizi ən motivə edən şeydən başlayın. Kiçik addımlarla başlayaraq və ardıcıl olaraq edin. Bu sizi nəinki məmnun edəcək, çevrilə biləcəyiniz insana qarşı gözlərinizi açmış olacaq. Fərq etməz hansı domino birinci düşəcək, ta ki biri düşənə qədər.
- Möhkəmliyi qoruyun və dərhal növbəti bitirmək istədiyiniz, sizə motivasiya verən tapşırığa keçin. İcazə verin ki, bir tapşırığı bitirmə anı sizi birbaşa növbəti addıma aparsın. Hər bir təkrarlama ilə “yeni özünüzü”göstərməyə daha çox sadiq qalacaqsınız.
- Şübhəyə düşdükdə, işinizi kiçik hissələrə bölün. Yeni vərdişləri yoxladıqca, onları kiçik hissələrə bölünmüş və idarə edə biləciyiniz şəkildə görməyə fokuslanın. Sadəcə olaraq impulsu qorumağa çalışın. Bir domino digər dominonu avtomatik olaraq yıxdığı kimi, proseslərin davam etməsinə şərait yaradın.
Bir vərdişin növbəti davranışa gətirib çıxara bilinməməsi məhz bu üç qaydaya əməl olunmadığı üçün tez-tez baş verir. Dominoların düşməsi üçün çox fərqli yollar var. İstəkli olduğunuz davranışa fokuslanın və həyatınız boyunca inkişaf etməsinə icazə verin.
Müəllif: James Clear | Yazıçı, bloqqer və səyyah
Tərcümə: Dilbərxanım Hüseynli | coaching.az
© 2018 · coaching.az