coaching.az |

Dünyaya kouç gözü ilə baxmaq

İnsan dünyaya gəlir, böyüyür, həyatı, ətraf mühiti kəşf edir və onu anlamağa çalışır. Bəzən dünya işləri ilə o qədər məşğul olur ki, özünü dərk və öz arzu istəklərinin, resurslar və daxili imkanlarının öyrənməsinə və dərk etməsinə zaman ayıra bilmir. Özünü anlamadan, özünü dərk etmədən isə dünyaya yanaşma bir çox hallarda ağ-qara ekranda film izləməyə bənzəyir – darıxdırıcı və sıxıcı. Bu sıxıcı həyat səhnəsində insan solur, ruhdan düşür, həyat eşqini öldürür və eyni zamanda işlədiyi mühitdə qeyri effektiv, yaxınları ilə münasibətlərdə və üsniyyətə qapalı olur. Dünyaya kouç gözü ilə baxışda insan məhz daxili dünyasına səyahət edir. Öz həyatına, resurlarına, yanaşmalarına 3D formatında baxış keçirir.

İnsanı məcazi mənada bir ağaca bənzətsək, bu ağacın kökləri uşaqlıqdan valideyinlərimizin və bizi sevən böyüklərimizin bizə aşıladığı metoproqramları (Onu etmək olmaz, bunu olar, o yaxşıdır, bu pisdir, bura getmək olar, ora olmaz və s. yüzlərlə proqram və şablonlar) xatırladır. Bu metoproqramlar bizim böyümə imkanlarımızı və yaxud əksinə, özümüzə müəyyən etdiyimiz məhdudiyyətlərimizi müəyyən edir. Göstərilən münasibətdən aslı olaraq isə bu inkişaf prosesində emosional fon yaranır. Emosional durum nə qədər yaxşı olarsa, insan o qədər çoxşaxəli və qolbudaqlı olur və daha çox inkişaf edir. Son zamanlar geniş maraq doğuran emosional intellekt də elə məhz bu mövzudan irəli gələrək aktullaşmışdır. Çünki, daha yüksək emosional duruma malik olmaqla, insan öz öyrənmə və çalışma potensialını artırır, faydalılıq əmsalını yüksəldir.

Dünyaya kouç gözü ilə baxış məhz bu prizmadan formalaşır; özünü, dünyanı, ətrafdakı insanları olduğu kimi qəbul etmək. Potensial inkişaf istiqamətlərini araşdırmaq və heç bir halda məsləhətçi rolunda deyil, araşdırmaçı rolunda olmaq. Çünki, hər kəs üçün öz reallığı doğrudur. Hər kəs öz dünyasına, düşüncə tərzinə uyğun mühitdə yaşayır. Bu dünyaya kənardan müdaxilə etmək doğru deyildir. Hər kəs öz dünyasını, düşüncələrini yalnız özü dəyişə bilər. Bu dəyişiklik qapısı insanın özündədir. İçimizdə olan o fərqliliyə aparan qapının açarı isə bizim öz qarşımızda qoyduğumuz suallardır. Məhz doğru suallar yeniliyə aparan qapını açıb, o tərəfə – yeni mühitə, dəyişikliklərə baxış imkanını yaradır. Yenidən geri qayıdıb, qapını bağlayıb, əski həyata davam etməmək üçün isə emosional dəstək çox önəmlidir. Kouç, insanın öz xəyallar dünyasına səyahət edib, öz təbii arzularını hiss edib, görüb, duyub onlara doğru addımlaması üçün emosional mühiti yaradır. Gedəcəyi yolu isə insan özü seçir.

Sənan Həsənov
Kouç, Erickson kouçinq məktəbi

Beynəlxalq Erickson kouçinq məktəbi tərəfindən sertifikatlaşdırılmış biznes kouçdur. Bank sektorunda – satış və marketinq sahəsində 12 ildən artıq təcrübəsi vardır.

Ali iqtisadi təhsilə malikdir. Həmçinin Niderland Marketinq institutunun eksperti olaraq NIMA Marketing A və B proqramları üzrə tədris edir. Korporativ satış texnikaları, Effektiv ünsiyyət, Vaxtın idarə olunması, marketinq və s. mövzularda təlimlər verir. Təlimlərin praktiki, asan başa düşülən və interaktiv formada aparılmasını həyata keçirərək, hər bir təlim iştirakçısının maksimum fayda əldə etməsini təmin edir.

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.