coaching.az |

Müsbət düşüncəni necə yaşadaq?

Hər hüceyrə DNAsı (hüceyrələrdə var olan və genetik informasiyanı daşıyan nukleik turşu) zərər gördüyünü və ya qüsurlu olduğunu hiss etdiyi zaman (bu qusur ötürülərsə bütün bədənin zərər görəcəyini bildiyi üçün) özünü öldürə bilmək üçün istifadə etdikləri P53 adlanan zəhər geni daşımaqdadır. Buna proqramlanmış hüceyrə ölümü, yəni, apaptoz deyilir. [1]

Əgər orqanizmimiz bu mükəmməl mexanizmaya sahibdirsə, düşüncəni yaradan beynimizdə də biz bu işləyişi şüurlu olaraq tətbiq edə və neqativ, qorxu yaradan, narahatlıq  verən düşüncələrimizi də “apaptoz”a uğrada bilərik.

Bu o mənaya gəlir ki, neqativ düşüncə duyğuya çevrilmədən və fiziki sağlamlığımıza zərər verməyə başlamadan əvvəl onun arzuolunmayan təsirlərinin qarşısını almaq mümkündür.

Hər bir hüceyrə üçün bir yaşam anı, bir də ölüm anı vardır.

Hər birimiz neqativ, əhval-ruhiyyəmizi pozan, təlaş yaradan hər hansı söz eşitdiyimiz zaman narahatlıq keçirdiyimizi dəfələrlə hiss etmişik. Bəzi insanlarda bu, ürək sıxıntısı və nəfəs darlığı kimi də müşahidə olunur. Stres yaradan neqativ ifadələri eşitdiyimiz zaman üz ifadəmiz dəyişdiyi kimi, daxili orqanlarımız da bu mənfi-əhval ruhiyyənin təsiri altına düşür. Gərgin vəziyyətdə qalan ürək əzələsi də, mədə də, eyni zamanda digər orqanlarımız da daim bu şəkildə yaşayarsa,  xəstəliklər qaçılmaz olacaq. Thomas Petterson Universitetinin neyrobilim mütəxəssisləri Dr. Andrew Newberg və Robert Waldman “Sözlər beynimizi dəyişə bilər” adlı kitablarında belə yazırlar: tək bir söz belə fiziki və emosional stresi yaradan ötürücülərə təsir etmə gücünə sahibdir.

“Sevgi”, “rahatlıq” kimi pozitiv kəlimələri istifadə etdiyimiz zaman frontal lobdakı (beynin alın payı) bölgələr güclənərək, beynimizin işləmə mexanizmasına təsir edir. Neqativ kəlimələrin sayı ilə müqayisədə pozitiv kəlimələrin daha çox işlədilməsi beynimizin motivasiya ilə əlaqədər bölgələrini çalışdırır. Neqativ kəlimələri istifadə etdiyimiz zaman isə stres nəzarətinə yardım edən (yəni bizi sakit saxlayan) bəzi neyrokimyəvi maddələrin sintezini pozuruq. Belə ki, neqativ kəlimələr istifadə etdiyimizdə beynimizin qorxu mərkəzini – “amiqdala” nı hərəkətə keçiririk və stres yaradan hormonların ifrazına şərait yaratmış oluruq. Bu hormonlar və neyrotransmiterlər məntiqli düşünməyi bloklayır. Biz isə əksini edək, gəlin məntiqli olaq və beynimizdə sevinc yaradan kəlimələri çoxaldaq.

Fərd olaraq hər birimiz beynimizin daha keyfiyyətli işləməsinə cavabdehik. Bunun üçün nə etməliyik?

  1. İlk olaraq işə yaramayan şeyləri təkrar etmıkdən vaz keçməliyik.
  2. Geri çəkilməli və yeni həllər yaratmalıyıq.
  3. Problemlə eyni səviyyədə mübarizə etməkdən əl çəkilməliyik – cavab əsla orada deyil.
  4. Köhnə stres qaynaqları işə düşmək istədiyində bu düşüncələrdən uzaqlaşmalıyıq.
  5. Haqlı olmağa bu qədər əhəmiyyət verməməliyik. Rəsmin bütününə baxdıgımız zaman, haqlı olmaq xoşbəxt olmaqla müqaisə edildiyində öz əhəmiyyətini itirir.

Son olaraq, neqativliyi ümümilikde apaptoza uğradaq və məntiqli olmağı seçək!

[1] Apoptoz (yun. άπóπτωσις – yarpaq tökümü, ləçəklərin tökülməsi), proqramlaşdırılmış hüceyrə ölümü (PHÖ) – hüceyrənin öz-özünü məhv etməsi prosesi.

Dr. Arzu Yusifova


Arzu Yusifova – həkim-qastroenteroloq

Azərbaycan Dövlət Tibb və Ankara Tibb universitetlərində təhsil almışdır.

Bir çox elmi konfransların məruzəçisi və iştirakçısıdır.

Bir neçə elmi məqalənin müəllifidir.

Azərbaycan Cərrahlar Klubu, Amerika Qastroenteroloji Asosasiyası ve Avropa Qaraciyər Xəstəlikləri Asosasiyasının üzvüdür.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.