Bilmək kifayət deyil, tətbiq etməliyik.
Arzulamaq kifayət deyil, yerinə yetirməliyik.Johann Wolfgang von Goethe
Sizcə xəyalları reallığa nə çevirir?
Əminliklə deyə bilərəm ki, bunun üçün ən vacib və nəzərə almadığımız şey, sadəcə olaraq hərəkətə keçməkdir. Gənc yaşlarımda mən də bu məsələdə həddindən artıq bacarıqsız idim. Ona görə də, adətən uğur qazanmaqda çətinliklərlə qarşılaşırdım. Xəyallarımda nələr etmək istədiyimi düşünərdim və bunlar elə düşüncə olaraq da qalardı. Həddindən artıq düşündüyümdən analiz etmə qabiliyyətimi belə itirmişdim. Hər dəfə arzusunda olduqlarımı həyata keçirməyi təxirə salma və pessimistlik içərisində ümidsizliyə qapılırdım.
O vaxtdan bu yana çox şey dəyişdi. Əvvəlkindən daha çox işlər görmək üçün mənə faydalı olan bir xeyli vərdişlərə yiyələndim.
Ümid edirəm bu yazı sizin də eyni mənim kimi hərəkətə keçməyinizə səbəb olacaq.
- Günü sizin üçün ən əhəmiyyətli olan işi görüb bitirməklə başlayın.
Təcrübə göstərir ki, ən çətin iş məhz ən əhəmiyyətli olandır. Ona görə, günün ilk yarısında onu bitirdikdə digər işləri etmək sizə daha asan gələcək və özünüzü daha rahat hiss edəcəksiniz. Eyni zamanda, günün qalan hissəsində edəcəyiniz digər işlər barəsində daha asan qərar qəbul edəcəksiniz.
- Yalnız öz hərəkətləriniz və etdikləriniz üçün məsuliyyət daşıyın.
Köhnə Sanskrit Hindu müqəddəslərindən hesab olunan Bhagavad Gitanın bu kəlamını çox sevirəm: “Etdikləriniz sizin üçün doğru olmalıdır, digərləri belə hesab etməyə də bilər; hərərkətlərinizin nəticələrini motiv olaraq qəbul etməyin və istədiyiniz hər hansı nəticəni əldə etmədiyiniz zaman bu sizi növbəti edəcəklərinizdən çəkindirməsin.”
Niyə?
Çünki bu sitatı xatırlayarkən bir növ azadlıq hiss edirəm və rahatlaşıram. Bu fikirlər onu ifadə edir ki, hərəkətlərimizin nəticələrini daim nəzarətdə saxlamağa məcbur deyilik. Kiminsə bizim barəmizdə dediklərinə və ya bizim etdiklərimizə necə reaksiya verəcəyinə biz məsuliyyət daşıya bilmərik.
Bir şeyi özümə daim xatırladıram ki, məni motivasiyada saxlayan həqiqətən etmək istədiyim işi görməyimdir.
Qısacası, nəyi doğru hesab edirəmsə, onu edir və baş verənlər üçün məsuliyyəti də dərk edirəm. Lakin nəticənin necə olacağına isə mən qərara vermirəm və ya nəzarət altında saxlaya bilmərəm. Bunu sadəcə zamanın öhdəliyinə buraxıram.
Doğru olduğunu düşündüyünüz işlərin məsuliyyətini öz üzərinizə götürməklə nələrisə etməyə cəhd etdiyinizdə, onlar sizə daha asan görünəcək.
- Görmək istədiyin böyük işlərə hazır olmadığını hiss edirsən? Kiçik hissələrdən başla.
Ən vacib işi ilk edib bitirmək və özünü günə hazırlıqlı hesab etmək nəzəri olaraq əla səslənir.
Amma reallıqda elə günlər olur ki, motivasiyamızın daha az olduğunu hiss edirik. Bu? həyatdır. Amma? heç bir səbəb gün ərzində hərəkətsizliyinizə və bundan dolayı özünüzü günahkar hiss etmənizə şərait yaratmamalıdır.
Bütün bunlar haqqında düşünərkən, belə bir çıxış yolu tapdım: belə vəziyyətlərdə xırda işlərdən başlamaq ən doğru qərardır.
Sadəcə bir-iki dəqiqəlik yazı yazın. Yazdıqlarınızı anlamaq üçün düşünməyə bir az vaxt ayırın. Sizi qorxudan işlərə başlamaq üçün sadəcə bir dəqiqə vaxt xərcləyin. Bundan sonra əmin olun ki, etdiyiniz işi davam etdirməyi seçəcəksiniz. Başlamaq üçün sadəcə asan üsullara ehtiyacınız olduğunu görəcəksiniz. Gördüyünüz xırda işlər əhvalınızı yüksəldəcək və daha uzun müddətli tapşırıqların öhdəsindən gəlməyə özünüzü hazır hiss edəcəksiniz.
Gözləmə. Zaman birdə indi olduğu vaxtda olmayacaq.
Napoleon Hill
- Mənliyinizi zədələməyin.
Bu daha yaxşı şəxsiyyət olmaq üçün mənim ən güclü motivatorumdur.
Əgər etmək istədiyim şeyi fikirləşdiyim kimi edə bilmirəmsə, bu mənim özgüvənimə mənfi təsir edəcək və özümə hörmətimi zədələyəcək. Gün ərzində nəyi etməyim və ya etməməyim necə bir insan olmağım haqqında mənə güclü siqnallar ötürür. Özünüzdən qaçışınız yoxdur. Və doğru olanın nə olduğunu düşündüyünüz zaman bunu etməsəniz mütləq bunun əvəzini ödəyəcəksiniz.
- Fokuslamaq üçün xatırlatmalar
Əgər nəyə fokuslandığınızı və bunu niyə etdiyinizi özünüzə tez-tez xatırlatmasanız, bu zaman gününüz çox güman boşa gedəcək və sonda hiss edəcəksiniz ki, əhəmiyyətsiz bir şey üçün çox vaxt itirmisiniz.
Beləliklə, kiçik bir kağıza yazmaqla, məqsədlərinizi tez-tez və asanlıqla xatırlaya bilərsiniz. Bunu aşağıdakı formada edə bilərsiniz:
- İndiki həyatınızda 3 əsas prioritetiniz;
- Ən vacib məqsədiniz və ya 30 gün ərzində qazanmaq istədiyiniz yeni vərdiş;
- Fokuslanmaq istədiyiniz və həyatınızı bu tərzdən yanaşaraq yaşamaq istədiyiniz bir sitat.
- Həyatınızda qarşısında cavabdehlik daşıdığınız insanlar olsun.
Cavabdehlik hissi tutduğunuz yolda irəliləmənizə və məqsədlərinizə çatmağınızda, yaxud arzularınızı reallaşdırmaq üçün həvəsiniz tükəndiyində sizin köməyinizə gələcək.
Məsələn, oxucularımın çoxluğu məndə öhdəlik hissi yardır ki, bu da sizi faydalı məqalələrə təmin etməyimə kömək edir.
Həyatımda doğma insanların olması mənə zərərli yeməklər yeməmək, həddindən artıq işləməmək məsuliyyəti yaradır.
Real həyatınızda özünüzü qarşısında məsuliyyətli hesab edəcəyiniz birini tapın. Bir-birinizi daim motivasiya edin. Qarşılıqlı olaraq hər həftə müəyyən işlər görəcəyinizə söz verin və cavabdehlik götürün.
- Tamamilə işə fokuslanmaq və tamamilə dincəlmək üçün balans çarxı yaradın.
Mətbəx taymeri və ya telefonunuzda olan taymer fuksiyasından istifadə etməklə bunu asanca tənzimləyə bilərsiniz…
Taymeri 45 dəqiqəlik qurun və bu vaxt ərzində yalnız və yalnız işə fokuslanın. Bu müddət ərzində digər şeylərin işinizə mane olmasına və ya onu yarıda kəsməsinə izin verməyin. Bu vaxt bitdikdən sonra fasilə üçün 15 dəqiqəlik zaman ayırın.
Bu rejimdə işləyərkən aşağıdakılara diqqət edin:
- Daha çox tapşırıqlar tamamlamağa cəhd edin və keyfiyyətli iş görün;
- Gün ərzində etdiklərinizə maksimum fokuslanın və daha az yorulun;
- Təyin olunmuş vaxtda bir işə fikrinizi yönəltməyə çalışın, nəinki, bir neçə işi eyni anda ağlınızda tutmağa cəhd edib stressin artmasına yol açasınız;
- Istirahət vaxtınızı ondan həzz almaqla keçirin, nəinki özünüzü günahkarlıq hissinə boğaraq.
Əgər ilk dəfədən 45 dəqiqə işləmək sizi çox yorursa, bu müddəti 25 dəqiqəyə endirin və yavaş-yavaş 5-10 dəqiqəlik artımla bunu bir ay ərzində 45 dəqiqəyə qədər artırın. Sadəcə müəyyən etdiyiniz müddət ərzində təmamilə işə yönəldiyinizdən əmin olun.
- “Əgər”lər barədə fikirləşməkdənsə, “necə”lərə yönəlin.
Beyniniz hərəkətə keçmək lazım olduğu barədə düşüncələrə qapıldığında, digər tərəfdən “dayan!” siqnalı da qəbul edə bilərsiniz. Belə hallarda, analiz qabiliyyətinizin iflic olmasına və neqativ fikirlər zəncirinə düşməyinizə icazə verməyin.
Təbii ki, hərəkətə keçməzdən əvvəl edəcəklərinizi düşünməyiniz faydalıdır, lakin həddən artıq düşünmək və buna nəzarət edə bilməmək, sadəcə sizi qorxuda və hərəkətə keçməyinizə maneə ola bilər.
Düşünməyi dayandırdıqdan sonra fikirlərinizi bunu bacaracağınıza doğru yönəldin və hərəkətə keçmək üçün özünüzə suallar verin:
- Bu vəziyyəti dəyişmək və məqsədlərimə doğru irəliləmək üçün atacağım ilk kiçik addım hansıdır?
- Bu vəziyyətdən öyrənəcəklərim nələr olacaq?
Bu sualların cavablarını yazaraq onlar üzərindən addımlar atın.
- İnsanlar etdiklərinizlə çox da maraqlanmaz, belə düşüncənin sizi geri çəkməyinə imkan verməyin.
Hələ gənc olarkən, həmişə düşünürdüm ki, bunu etsəm insanlar mənim haqqımda nə deyər və ya necə fikirləşər? Bu da təbii olaraq, nəyisə etmək üçün mənə mane olurdu.
Reallıq isə odur ki, hər kəs öz etdiyi işlə məşğuldur. Yəni, hamını işi, uşaqları, partnyorları, pişiyi, səyahəti, axşam yeməyi üçün nə yeyəcəyi maraqlandırır.
Çox güman ki, siz digərlərinin həyatındakı əsas personaj deyilsiniz. Hətta onlar sizin həyatınızda olsalar belə. Bu reallıq bir az ruh düşkünlüyü yarada bilər amma eyni zamanda hərəkətlərinizdə daha sərbəst olmanızı təmin edəcək.
- İşləri ruh yüksəkliyi ilə edin
Bir şey arzuladıqda və həyatınızda yeni bir işə başladığınızda sanki bir fontan kimi coşub-daşırsınız. Bir neçə həftə sonra belə ruh yüksəkliyiniz bir qədər aşağı düşə bilər. Gördüyünüz işə həqiqətən davam etmək niyyətindəsinizsə, belə vəziyyətin işinizi yarıda qoymasına imkan verməyin.
Bunun əvəzinə gördüyünüz işə bir az həyəcan qatın.
- Cavabdehlik daşıdığınız insanlara bu coşğunluğunuzu ötürün və onların da öz məqsədləri uğrunda həvəslə çalışmalarına səbəb olun;
- Məşhur motivatorların çıxışlarına və ya audio yazılarına, podkastlarına qulaq asın;
- Hər həftə sizi ruhlandıran bloqlar, vebsaytlardan məqalələr oxuyun və ya kurslara, seminarlara qoşulun;
- Dostlarınıza, uşaqlara və ya sevimli heyvanınıza sizə müsbət enerji ötürməsinə icazə verin;
- Həyata olan bağlılığınızı artıracaq filmləri izləyin və ya musiqilərə qulaq asın.
Qalan digər motivasiyanızı yüksəldən şeyləri həyatınıza tətbiq etməkdən çəkinməyin.
- İşlərə bir az əyləncə qatın
Bəzi tapşırıqlar bir az cansıxıcı olur və ya ümumiyyətlə əyləncəli olmur.
O zaman bu işləri yerinə yetirərkən onlara bir az əyləncə qatın.
- Məsələn, bir az musiqi sizə enerji verəcək və sizi müsbət əhval-ruhiyyədə kökləyəcək;
- Dostlarınızla yarışa girin: məsələn ilk kim bitirəcək və ya 10 yaxud 30 dəqiqə ərzində kim daha çox iş görəcək və s.
İşə baxış bucağınızı dəyişdikdə və onu sizin üçün əyləncəli formaya gətirdiyinizdə işlərin öhdəsindən gəlmək sizə daha asan görünəcək və yersiz təxirəsalmaların qarşısını alacaq.
- Bu gün etdiklərinizi qeyd edin.
Günün sonunda bu gün etdikləriniz barəsində düşünmək üçün 2 dəqiqə vaxt ayırın, onları qiymətləndirin və uğurlarınızı qeyd edin. Nə qədər kiçik şeyləri tamamlamağınızdan asılı olmayaraq hər gün bunu təkrarlayın.
Bu qeydiyyat sayəsində:
- Sabah qaldığınız yerdən davam etmək üçün sizi motivasiya edəcək;
- Özünü-qiymətləndirmə hissinizi artıracaq;
- Özünüz haqqında daha yaxşı düşünmənizə kömək edəcək, eyni zamanda belə xoş hislər ətrafınızdakı insanlara da müsbət aura gətirəcək.
Müəllif: Henrik Edberg / positivityblog.com
Tərcümə: Lalə Rəsulova / ALPHA Coaching & Consulting