coaching.az |

Sağlam həyatı seçək

Həyatda etdiyimiz seçimlərdə sərbəstik – əldə olunan nəticə isə bu seçimərimizin özüdür.

Çeynəməyi öyrəndiyimiz ilk yaşlardan etibarən hər birimizin damaq dadı vərdişlərə bağlı olaraq formalaşır. Bizə öyrədilən qidaların bəzilərini zamanla daha çox sevirik, bəzilərini isə az. Təəssüf ki, böyüdükcə bir çoxumuz daha az çeynənən, çeynəmə prosesinin uzanmasını tələb etməyən qidaları daha çox sevməyə başlayırıq. Müasir cəmiyyətimizin vaz keçilməz qidası sayılan ət yeməklərini yeyərkən aşağıdakı məlumatları diqqətdə saxlamaq sağlam həyat yaşamağımız üçün faydalı ola bilər.

Yunan filosofları Əflatun (Platon), Sokrat və Pifaqor vegitaryan qidalanmanın vacib olduğunu qeyd edirdilər. Hindistanda Budda da öz tələbələrinə ətdən uzaq qalmalarını tövsiyə edirdi. İsa Peyğəmbər buyururdu ki, vəhşicə öldürülərək insanın bədəninə daxil olan hər qurban mədənizi öz qəbirstanlığınıza çevirir. O, buyururdu ki, kim heyvanları qətl edərsə özünü öldürür və kim öldürülmüş ət yeyərsə ölünün bədənini yemiş sayılır.

Müasir tibbə nəzər salsaq, Ümumdünya Səhiyyə Təşkilatı 2015-ci ilin oktyabr ayında yayımladığı bir məqalədə ət tərkibli (xüsusən, qırmızı ət) qidaların xərçəng xəstəliyi riskini artırdığı barədə tövsiyyələr etmişdi. Bu məqalə Dünya Xərçəng Araşdırmaları Dərnəyinin son 20 ildə apardığı araşdırmalara əsaslanır.

Gündəlik rasyonumuzda ət məhsullarını nə üçün azaltmalıyıq?

Ət doymamış yağ turşuları ilə zəngin olduğundan ürək-damar xəstəlikləri riskini yüksəldir. Ətdə liflərin olmaması bağırsaq xərçəngi riskini yüksəldir. Buna görədir ki, social-iqtisadi şəraitin aşağı olduğu Afrika ölkələrində daha cox bitki mənşəli qidalar istifadə edildiyindən burada bağırsaq xərçənginə rastlanılmır.

Ətin bişməsi üçün daha yüksək tempratur və daha uzun müddət istiliyə məruz qalması tələb olunduğundan ondakı heterosiklik aminturşularının miqdarı yüksəlir ki, bu da kanserogen (xərcəng yaradan) maddə hesab edilir. Ətdə olan yağ miqdarının coxluğu insanlarda hormon sintezini artırır və bu da süd və prostat vəzi xərçəngi riskini yüksəldir. İşlənmiş ətin ən cox istifadə edildiyi Amerikada prostat vəzi xərcənginə daha cox rast gəlinir.

Nəticə olaraq bunu deyə bilərəm ki, vərdişlərimizdən ayrılmaq hər nə qədər çətin olsa da, imkansız deyil. Seçimlərimiz sərbəst olduğu qədər, şüurlu da olmalıdır. Daha sağlam bədənə sahib olmağımız üçün indiki düşüncələrimizi yeri gələndə dəyişməyi bacarmalıyıq.

Sağlam həyat tərzini seçin.

Dr. Arzu Yusifova


Arzu Yusifova – həkim-qastroenteroloq.

Azərbaycan Dövlət Tibb və Ankara Tibb universitetlərində təhsil almışdır.

Bir çox elmi konfransların məruzəçisi və iştirakçısıdır.

Bir neçə elmi məqalənin müəllifidir.

Azərbaycan Cərrahlar Klubu, Amerika Qastroenteroloji Asosasiyası ve Avropa Qaraciyər Xəstəlikləri Asosasiyasının üzvüdür.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.