Qaçış – formada olmaq və yaxşı görsənmək üçün ideal və pulsuz vasitədir. Bu sadə idman növü ilə məşğul olmaq üçün xüsusi avadanlıq və ya məkana ehtiyac yoxdur, bunun üçün sadəcə rahat geyim kifayət edir. Praktik olaraq ilin üç mövsümündə birbaşa küçədə qaçışla məşğul olmaq mümkündür. Qaçış bir çox xəstəliyin, xüsusən də ürək və qan-damar xəstəliklərinin müalicəsində faydalı və effektlidir.
Hələ vaxtı ilə qədim yunanlar deyirdilər:
Güclü olmaq istəyirsənsə – qaç. Yaxşı görsənmək istəyirsənsə – qaç. Ağıllı olmaq istəyirsənsə – qaç.
Qaçış ürək və damarların işləyiş potensialını artırır. Qaçış zamanı vücudumuzla birbaşa ürək əzələlərinin də məşqi həyata keçir, ürək daha güclü və daha möhkəm olur. Bu isə ürəyin məhsuldar fəaliyyət və uzunömürlülüyünə müsbət təsir göstərir.
Qanın oksigen həcmi artır. Davamlı məşq edən ürək bir dövr üzrə məşq etməyən ürəyə nisbətən daha çox qan “qovur”. Qan dövriyyəsinin artması oksigen mübadiləsini də artırır. Toxuma və orqanlara oksigenlə və qidalandırıcı tərkiblə zənginləşdirilmiş daha çox qan daxil olur.
Qaçış əsəb gərginliyi əleyhinə gözəl vasitədir. Stres dağıdıcı təsirə malikdir və orqanizmdəki yorğunluğun əsas səbəbidir. Yorğunluqdan xilas olmaq üçün tərləmək lazımdır və qaçış bunun öhdəsindən yaxşı gəlir. Tərlə birlikdə vücud özündən zərərli maddələri uzaqlaşdırır.
Qaçış zamanı orqanizm davamlı şəkildə yüklənir və bu vaxt qana xüsusi hormon – endorfin ifraz olunur. Endorfini eyni zamanı “xoşbəxtlik hormunu” da adlandırırlar. Qanda endorfinin miqdarı artdıqca insan yüngülləşmə hiss edir və depresiya uçub gedir.
Zehni aktivlik artır. Qaçış zamanı hər hansı problem və ya məsələnin həlli öz-özünə beynimizə gəlir. İdman vaxtı daxili səsimizlə baş-başa qalmaq üçün gözəl fürsət yaranır. Arizona Universiteti tərəfindən aparılan bir araşdırma nəticələrinə görə qaçışla məşğul olanların beyindəki frotal kortekslərində fəallığın ciddi şəkildə yüksəldiyi müşahidə olunmuşdur. Frontal korteks planlama, qərar vermə və müxtəlif işlərin arasında koordinasiya üçün vacib rol oynayır.
Aktiv məşq zamanı qan böyük miqdarda oksigenlə zənginləşir, maddələr mübadiləsi güclənir və bunun nəticəsində mərkəzi sinir sistemi, eyni zamanda beynimiz daha fəal işləməyə başlayır.
Qaçış libidonu – seksual ehtirası və cinsi instinkti, dolayısı ilə cinsi aktivliyi artırır. Journal of Sexual Medicine jurnalında dərc olunan bir məqaləyə görə qadınlarda məşq sonrasında testosteron ve alfa-amilaz səviyyələrində artış müşahidə olunur ki, bu da cinsi fəaliyyətə daha çox istək yaradır. Psixoloqu McDermott kişilər üçün də buna bənzər performans artışı olduğunu qeyd edir. O deyir ki, 20-60 dəqiqəlik və həftə içərisindəki 3-5 qısa, ancaq intensiv məşqlər kişilərin vücudunda testosteron istehsalına müsbət təsir göstərir. Yüksək testosteron isə daha çox cinsi istək və özünəinam deməkdir.
Qaçışla davamlı şəkildə məşğul olduğumuz zamanı eritrositlərin – qırmızı qan hüceyrələri və hemoqlobinin – qanının tərkibində dəmir olan qırmızı piqmentlər – artmasının nəticəsində immun sistemimiz güclənir. Qaçış yükünün artması zamanı qandakı xolesterin aşağı düşür, aclıq hissi zəifləyir, bağırsaqların işləyişi yaxşılaşır. Ümumən maddələr mübadiləsinin yaxşılaşması bədən çəkisinin normallaşmasına gətirib çıxarır. Qaçış ən gözəl arıqladıcı vasitədir.
Günün istənilən vaxtında qaçmaq mümkündür. Belə ki, qanda hormonların artış vaxtı sayılan səhər çağı qaçış vücudun yenidən ahəngə qayıtması üçün təbii vasitə ola bilər. Axşam çağı qaçışları ilə isə siz yorucu iş gününün gərginliyini atıb, rahatlaşar, həmçinin yeni enerji qazanar, yersiz axşam iştahını öldürər və gecə dərin yuxuya gedərsiniz.
Alimlərin araşdırmaları göstərir ki, qaçışın təsiri ilə qaraciyər toxumalarının yenilənməsi sürətlənir. Qaçış zamanı böyrəklərdən gərginlik götürülür, bu da onların daha yaxşı işləməsinə gətirib çıxarır.
Müntəzəm qaçış məşqləri dayaq və hərəkət sistemimizə müsbət təsir göstərir. Qaçış damarlarda və əzələ toxumalarında degenerativ dəyişikliklərə mane olduğu üçün yaşlı insanlara xüsusən faydalıdır.
Sağlam, uzun, rahat və gümrah həyat üçün daha nəyi gözləyirsiniz? 🙂