Liderlik üslubu liderlərin hədəflərə çatmaq üçün öz komandası ilə ünsiyyət zamanı seçdiyi individual tərzdir. Harvard Universiteti liderliyin 6 əsas üslubunu müəyyənləşdirmişdir. Doğru zamanda doğru üslubu seçmək peşəkar nəticələr əldə etmək üçün fürsətlər yaradır. Liderin emosional intellekti hazırkı iş mühiti üçün uyğun üslubu seçməkdə əhəmiyyətli rol oynayır.
Emosional intellekt
Emosional intellekt və ya empatiya həm öz, həm də digərlərinin duyğularını tanıma bacarığıdır. Zəka dəyişilən şərtləri idarə və modifikasiya etmək, məqsədlərə çatmaq üçün nəticəyə təsir göstərməkdə qəbul edilən informasiyanı necə istifadə edəcəyinizi ayırd edir. IQ kimi, qısa olaraq EQ adlandırdığımız emosional intellekt birlikdə yüksək səviyyəli liderləri müəyyən etməyə və bir-birindən fərqləndirməyə yardım edir.
Peşəkar və çevik lider mövcud şərtlər altında öz davranış tərzini komanda və fərdlərin ehtiyaclarına uyğun dəyişdirə bilir.
Komandanı həvəsləndirmək və yönləndirmək üçün 6 əsas liderlik üslubu
“6 əsas üslub” ideyası ilə yeni tanış olan liderlər onun uyğunluğunu sadə bir analogiya ilə sürətli şəkildə qavradılar: qolf oyunçuları heç vaxt oyunu sadəcə bir dəyənəklə oynamaz, onlar hər oyuna 14 dəyənəkdən ibarət bütöv bir dəstlə gəlirlər.
Qolf dəyənəkləri misalındakı kimi pis və ya yaxşı liderlik üslubu yoxdur, ancaq bəziləri daha az istifadə olunar. Əhəmiyyətli olan isə, bu altı üslubun mükəmməl istifadəsini öyrənməkdir.
Baxmayaraq ki, araşdırmalar adətən liderlərin repertuarına bu üslublardan az bir hissəsinin daxil olduğunu göstərir, lakin bu altı üslub istənilən təşkilati ölçü və mədəniyyətlərə və istənilən sahəyə uyğun şəkildə tətbiq edilə bilər. Bu üslubları da özlüyündə 2 əsas qrupa ayıra bilərik: uzunmüddətli və qısamüddətli üslublar.
Davamlı səmərəlilik üçün fürsət yaradan 3 uzunmüddətli üslub: Vizyonçu, iştirakçı, kouçinq üslubu.
- Vizyonçu üslub
Bu üsluba sahib olanlar vizyonu ayırd edir və daha geniş vizyon əldə etmək üçün performansı təqib edir. Bəzən bu üslub ruhlandırıcı olaraq da tanınır. Bir anlığa heç bir vizyona sahib olmadan komanda işi görməyi təsəvvür etməyə çalışın.
Təşkilati vizyonu dərk edərək, komanda üzvlərinə bunu çatdıra bilmək bu üslubun təməlini təşkil edir:
- Öz şirkətinin vizyonunun nə olduğunu bilirsənmi?
- Öz komandana bunu aydın izah etməyi bacarırsanmı?
- İştiraka təşviq edən üslub
İştiraka təşviq edən liderlər öz əməkdaşlarını qərarların təkmilləşməsinə cəlb edər və qərar qəbuletmədə aktiv şəkildə həmrəylik nümayiş olunması üçün fürsətlər axtarışında olurlar. Onlar ümumilikdə dəstəkləyici olaraq tanınırlar.
Onlar:
- davamlı görüşlər təşkil edirlar;
- əməkdaşlarının narahatlıqlarını dinləyirlər;
- “necə etməyə” fokuslanırlar;
- müsbət geri bildiriş (pozitiv feedback) üçün fürsətləri dəyərləndirirlər;
- əməkdaşlarının mənəviyyatının onların performansına təsirinin fərqində olurlar;
- performansa yönələn müqayisələrdən çəkinirlər.
Bu üslub vizyonçu üslubla birləşdirilə bilir və bir-birlərini tamalayır. İştiraka təşviq edən liderlər komandanı mükafatlandırar, fərdləri deyil.
- Kouçinq üslubu
Kouçluq üslubu davamlı öyrənmə və balanslı geri bildirişi təmin edərək, komanda üzvlərinin uzunmüddətli inkişafına fokuslanmışdır. Bu üsluba sahib liderlər icra etdiyi vəzifələrdə çox təcrübəlidirlər. Bəzən kouç-liderlər komanda üzvlərinin uzunmüddətli inkişafında təxirəsalınmaz nəticələr əldə etmək üçün sövdələşməyə hazırlaşır.
Spesifik, adətən məhdud tətbiqetmələr üçün 3 qısamüddətli üslub: Birləşdirici, temp nizamlayanlar və direktiv üslub.
Birləşdirici, direktiv, temp nizamlayan – “qısamüddətli” üslub kateqoriyasına daxil edilir. Bu üçlük adətən yüksək emosional, çətin və ekstremal vəziyyətlərdə tez-tez istifadə olunur. Qolf dəyənəkləri (çubuqları) analogiyasını xatırlayın. Dəyənəklərin (çubuqların) bəziləri xüsusi və çox məhdud tətbiqetmə təlimatına sahibdirlər. Bu analogiya son üç üslub üçün də keçərlidir.
- Birləşdirici
Birləşdirici lider:
- müsbət geri bildiriş vermək üçün fürsətlər axtarırr;
- əməkdaşlarının mənəvi durumunun performansa təsirinin önəmini vurğulayır;
- performansa yönələn müqayisədən çəkinər.
Baxmayaraq ki, bu üslubda liderlər daha çox dəstəkləyici görünür və hamı ilə dost olmaq istəyirlər, lakin üslubdan artıq istifadə həmin liderin gərgin vaxtlarda qərar qəbuletməsini çətinləşdirir. Zamanla insanlar onlardan sui-istifadə bilər. Saysız hesabsız fürsətlər, şanslar və tolerantlığa rəğmən, məyusedici nəticələr olduqda, bu liderlər xəyal qırıqlığına uğrayarsa, qəti sıçrayışlar edir və daha ciddi nəzarətə keçə bilirlər.
- Temp nizamlayanlar
Bu üslub həm vizyonçu, həm də kouçinq üslubları ilə cütlük təşkil edə bilər.
Onlar:
- Təmsilçi seçmə məsələsində tədbirlidir;
- Yüksək performans tələb edən iş yaxın gələcəyə aid deyilsə, məsuliyyətdən uzaq olur;
- Riskə meylli vəziyyətləri azaldırlar.
Təhvil vermə vaxtı ən qısa zaman olan işlərlə (deadline’larla) üzləşərkən, bu üslub həddən artıq effektivdir. O mənəvi gücü yüksəldər, izləyərək öyrənən insanlar üçün rezonans yaradar. Bu üslubun həddən artıq istifadəsi ən yüksək nailiyyətli komanda üzvlərinin təşəbbüslərinin aşağı düşməsinə və əksinə, daha az performans nümayiş etdirən üzvlərin isə həddən artıq yüklənirmiş kimi hiss etmələrinə gətirib çıxara bilər.
- Direktiv
Bu üslub kritik vəziyyətlərdə ən yaxşı tapıntıdır. Yanğınsöndürmə departamentinin rəhbəri bu üslub təmsilçisinin bariz nümunəsidir.
Direktiv liderlər:
- Ciddi nəzarət edir;
- Birbaşa istiqamət və əmr verərək izah edir;
- İtaətsizliyin mənfi nəticələrini diqqətə alaraq, özlərini motivasiya edir;
- Aydın və qısamüddətli icra planı təklif edirlər.
Təhlükəli vəziyyət olmadan həddən artıq istifadə edildikdə demotivasiyaya gətirib çıxara bilər: liderin təşəbbüsü olmadan komanda heç bir işə girişməz – komanda üçün bloklayıcı vəziyyət yaradar.
Son olaraq onu deyə bilərik ki, bu gün uğurlu liderlər yaxşı başa düşür ki, komandanı motivasiya etmə və yönləndirmə bacarığı olmadan hakimiyyət səlahiyyətinə sahib olmaq mənasızdır. Bir kouç kimi biz “liderlik xüsusiyyətləri” terminini nəticələrə çatmaqda gəmini etibarlı əllə idarə etmək üçün daim fokuslana bilən və tədbirli olma bacarığını izah etmək üçün istifadə edirik. Liderlik üslubunu dəyişmək üçün lazım olan ani çeviklik liderlik xüsusiyyətinin vacib komponentidir.
İdarəedici xüsusiyyətləri kimi liderlik xüsusiyyətləri də kouçinq vasitəsilə gücləndirilməli və inkişaf etdirilməlidir.
Müəllif: Diane Craig | Biznes təlimçi, Corporate Class Inc. şirkətinin qurucusu və rəhbəri
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2018 · coaching.az