coaching.az |

2017-ci il üçün hədəf və planlarınız – Tony Robbins

Bizi xoşbəxt edəcək tək şey – həyatımızda davamlı inkişafı hiss etməyimizdir. Müntəzəm inkişafa nail olsaq, o zaman həyatın bütünlüyünü hiss edəcəyik.

Həyatınızda həqiqətən tərəqqiyə nail olmaq istəyirsinizsə, o zaman həyatınıza başqa baxış bucaqlarından baxmalısınız. Deyin ki, “mənə bu proses üzərində nəzarəti ələ almaq çox vacibdir”. Yoxsa, başqa insanların etdiyi kimi, hər şeyin öz-özünə düzələcəyinə inanmayın.

Hədəf – “bax bu belə olacaq” qərarını aldığınız və başqa hər hansı variantı hadisələrin gedişatından istisna etdiyiniz andır.

Davamlı dəyişiklikləri necə yaratmaq lazımdır?

  1. Sizə ilham verəcək vizyona sahib olmalısınız. Elə vizyon ki, siz onun reallaşmağını həqiqətən istəyirsiniz. Vizyon sizə güclü ilham verməlidir, sizi hərəkətə keçirmə gücünə sahib olmalıdır.
  2. Sizi hərəkətə sövq edəcək güclü səbəblərə sahib olmaq lazımdır. Elə səbəblər ki, çətinliklərlə qarşılaşdığınız zaman hərəkət etməyə davam edəcəksiniz.
  3. Bu barədə hər gün təkrar-təkrar düşünməlisiniz.

Sizin ilhamverici vizyonunuz və ciddi səbəbləriniz varsa – bunlar sizi həyatınızın çətin zamanlarından keçirəcəklər və siz başqalarının edə bilmədiklərini edəcəksiniz.

Həyatınızı dəyişmək istəyirsiniz? Cavab iki sözdə gizlidir – STANDARTLARINIZI YÜKSƏLDİN.

Siz hər zaman hədəflərinizə çatmırsınız. Ancaq, hər zaman öz standartlarınızı reallaşdırırsınız.

İnsanlar hər zaman etməyə məcbur olduqlarını edirlər, edilməsi düzgün olanı deyil.

İnsanlar özləri haqqında sahib olduqları təsəvvürə uyğun şəkildə özlərini aparırlar.

İnsan şəxsiyyətinin ən güclü tərəfi – özümüzü təsəvvür etdiyimiz şəkildə ola bilmək ehtiyacıdır.

Öz keyfiyyətləriniz barədə yeni təsəvvürlər yaratsanız, bu barədə hər gün düşünməyə başlayacaqsınız və bu, həyat tərzinizin standartı olacaq – siz bu standartı necə reallaşdırmağın yollarını tapacaqsınız.

Uğur və uğursuzluq anidən baş verən hadisələrin nəticələri deyildir. Məğlubiyyət və qələbə kiçik şeylərdən ortaya çıxır.

Əksəriyyətimiz standartlarını aşağı salır, çünki, kimlərlə vaxt keçiririksə, onlara da bənzəyirik.

Əldə etdiklərimiz deyil, “kimə çevrildiyimiz” bizi xoşbəxt edir.

STANDARTLARINIZI YÜKSƏLDİN.

Tapşırıqlar:

  1. Həyatınızın dəyişmək istədiyiniz bir sahəsini seçin və indi burada mövcud olan real səhnəni mümkün olduğu qədər detallı şəkildə təsvir edin.
  2. Sizi indi olduğunuz bütün bu vəziyyətə nələr gətirmişdir? Bu sahədə davamlı şəkildə nə edirsiniz?
  3. Vizyonunuz nədir? Nə istəyirsiniz? Onu detallı şəkildə tərif edin.
  4. Hansı addımlar vizyonunuzda uğur qazanmağa kömək edir? Hər səhər fərqli şəkildə nə etməlisiniz? İradənin gücü sərhədsizdir, ancaq atacağınız addımlar bütün həyatınıza təsir göstərəcəkdir. Özünüzü yeni addımlar atmağa məcbur edin və bunları vərdişə çevirərək möhkəmləndirin.

Tony Robbins kimdir?

29 fevral 1960-cı ildə ABŞ-da doğulmuşdur. Yazıçı, biznes təlimçi, iş adamı, xeyriyyəçi və kouçdur. Şəxsi inkişaf mövzulu təlimlərində dünyanın 80 ölkəsindən 4 milyona yaxın insan iştirak etmişdir. Dünyanın ən məşhur kouçlarından biri sayılır. Sabiq prezidentlər Bill Klinton və Mixail Qorbaçov, eyni zamanda Böyük Britaniya Krailiyyət ailəsinin üzvləri və bəzi milyarderlər onun kouçinq xidmətlərindən istifadə etmişdirlər. Tony Robbinsin fərdi kouçinq proqramının illik qiyməti 1 milyon ABŞ dollarıdır və bu xidmətə yazılmaq üçün iki il əvvəldən müraciət etmək lazımdır.

© ALPHA 2017
Materialdan istifadə zamanı bu məqalənin müəllifi ALPHA Coaching & Consulting şirkətinə istinad vacibdir.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.